Yağan yağışlara baxma, General – Aida Adıgözəlin şeiri

Cənab Generala

Yağan yağışlara baxma, General,
oğlu əsgər olan belə ağlayır.
Vətən anamızdır, analar hər gün,
nigaran qəlbiylə belə ağrıyır.
Düşən mərmiləri sayma, General,
bu xalqın qalxanı qürurundandır.
Gördüyün bu yumruq, zindan kimi əl,
aldığı gücündən, Ordusundandır!
Şəkildə bunlar ola bilər: 2 nəfər, papaq
Düşmən səngərində durma, General,
nə olsun, dərədə duman sürünür ?
Əlin göz üstündə, uzaqlara bax. ..
Gör, hələ haracan Vətən görünür?!
Aida Adıgözəl
05.10.2020
Share: