DİN Tixanovskayanın Rusiyada axtarışa verilməsinə aydınlıq gətirdi

Belarusiyanın keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskaya axtarışa ona görə verilib ki, bu, MDB çərçivəsində daxili işlər nazirlikləri arasında əməkdaşlıq müqavilələrinin şərtlərinə daxildir.

müstəqil.Az Qaynarinfoya istinad edərək xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Məlumatda Rusiyada Tixanovskayaya qarşı heç bir cinayət işinin başlanmadığı göstərilib.

Tixanovskayanın axtarılan şəxslərin məlumat bazasında olması Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş Məlumat və Analitik Mərkəzinin 3 avqust 1992-ci il tarixli Daxili İşlər Nazirləri arasında informasiya mübadiləsi sahəsində müqavilə və 22 may 2009-cu il tarixli MDB daxilində mübarizə sahəsində məlumat mübadiləsi razılaşması əsasında fəaliyyət göstərən dövlətlərarası məlumat bankı saxlaması ilə əlaqədardır.

Məlumat bankı MDB məkanında şəxslərin dövlətlərarası axtarışının həyata keçirilməsi üçün 2015-ci ildə təsdiq edilmiş güc strukturlarının əsasnamələri çərçivəsində formalaşır.

Xatırladaq ki, Tixanovskaya Belarusda axtarışa veriləndən sonra onun adı Rusiyada da axtarış bazasında yer alıb. Tixanovskaya hazırda Litvadadır.

Alpər

Share: