180 manat təqaüdünü Orduya bağışlayan şəkili ağsaqqal – FOTO

“Bu gün səhər iş yenicə başlamışdı ki, bir qoca baba yaxınlaşdı mərkəzə. Hansı xidmətə gəldiyini soruşdum, dedi ki, cəbhədəki əsgərlərimizə yardım etməyə gəlmişəm, 180 manat pulum var, bunu onlara vermək istəyirəm”.

MÜSTƏQİL.AZ  xəbər verir ki, bunu “ASAN Xidmət”in əməkdaşı Orxan Cəfərov sosial şəbəkədə yazıb.

“Donuq ifadə ilə ağsaqqal kişinin üzünə baxanda qayıtdı ki, azdı? Dedim “ay baba, sənin ürəyinə qurban olum, az deyil, dünya qədərdi”…

Növbəsini götürüb xidmət pəncərəsinə yaxınlaşanda ayağındakı ayaqqabıları ürəyimi dağladı. Hər iki ayaqqabısı ortadan bölünmüşdü. Amma nə qədər böyük ürəyi vardı ki, bu yağışlı, soyuq havada ayağına ayaqqabı almağa qıymayıb əsgər balalarına ianə göndərirdi…

Sonda “Əsgərə məktub” da yazıb getdi. Pulu ödədikdən sonra babanın üzündəki qüruru görməyə dəyərdi…”.

Sosial şəbəkədə qeyd edilib ki, həmin ağsaqqal Şəkinin Baş Küngüt kənd sakini Musayev Hikmət Məhərrəm oğludur.

Xeyriyyə işlərinə vasitəçilik edən aktiv gənclər Facebook-da yazıblar ki, ayqqabısı köhnə, yırtıq olduğu halda, orduya 180 manat yardım edən Hikmət Musayevin bu yaxşılığının əvəzini ödəmək niyyətindədirlər.
“O, orduya 180 manat pul köçürüb, biz bu məbləği 10-a vurub özünə qaytaracağıq. Biz bunu belə qalmağa qoyarıq, onun köhnə ayaqqbıda qalmasına izn verərik? Qətiyyən. Hamımız birimiz, birimiz hamımız üçün. Qarabağ Azərbaycandır”,-deyə gənclər qeyd ediblər. (modern.az)

mersin escort
kalebetting.com -

baysanslicanli.com

- casinoslotsclub.com -
meritroyalbet