Dənizçi olacaqdı, şəhid oldu…

O dənizçi olacaqdı, şəhid oldu…

Torpaqlarımızın azadlığı uğrunda daha bir gəncimiz şəhadətə qovşdu, ölümü iklə ölümsüzlük qazandı. Salyan şəhər sakini Allahverdi Novruzov 1994-cü ilin may ayının 17-də anadan olmuşdu.

2000-2011-ci illərdə Nizami Gəncəvi adına Salyan şəhər 2 saylı məktəbdə təhsil alıb. Arzusu dənizçi olmaq idi. Orta məktəbi bitirdiyi il Azərbaycan Dövlət Dəniz Akademiyasının Gəmi sürücülüyü (Gəmiçilik və gəmilərin hərəkətinin idarə olunması) fakultəsinə daxil olub. 201 A1 –ci qrupun tələbəsi olaraq təhsilini uğurla davam etdirib.

Allahverdi Novruzov 2017 -ci ilin yanvar ayının 6-dan 2018-ci ilin iyun ayının 30- a qədər Azərbaycan ordusunda hərbi xidmət edib.

Bu ilin sentyabr ayının 20-də ehtiyatda olan hərbiçi qismində yenidən orduya çağrılıb. Torpaqlıarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Xüsusi qəhrəmanlıq göstərib. Düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsində xüsusi qəhrəmanlığı ilə seçilib. Şəhid olub. Semtyabrın 29- da cənazəsi doğulduğu Salyan şəhərinə gətirilib. Elə həmin gün də dəfn olunub.

Müstəqil.Az saytının yaradıcı kollektivi və Dəniuzçilərə Sosial Dəstək İctimai Birliyi şəhidimizin yaxınlarına başsağlığı verir və Şəhidimizə Allahdan rəhmət diləyir.

Vətən sağ olsun!

 

Müstəqil.Az

Share: