Cəlilabadda həkimi maşın vurdu

Cəlilabad rayonunda yol qəzası baş verib.

Müstəqil.Az Report-a istinadən xəbər verir ki, hadisə “Sevinc” şadlıq sarayının qarşısında qeydə alınıb.

Belə ki, “Jiquli” markalı minik avtomobili Cəlilabad şəhər sakini Böyükağa Ələkbərovu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, B.Ələkbərov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında endokrinoloq kimi çalışır.

Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az

Share: