10 şagirddə koronavirus aşkarlandı – Rəsmi

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində Covid-19 virusuna dair 22 SENTYABRA olan məlumatı açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki,  10 şagirddə koronavirus aşkarlanıb. Virusa yoluxmuş işçi heyətinin sayı isə 7-yə bərabərdir. Bundan başqa, bu gün koronavirusa görə 2 sinif distant təhsilə keçirilib.

 

Qeyd edək ki, son sutkada 36 şagirdin bədən hərarəti 37 dərəcədən yuxarı olub. İşçi heyətində bu göstərici 7-yə bərabərdir.

 

Müstəqil.Az

Share: