BAKIDA dəhşətli hadisə – Gənc oğlan öldü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, dünən saat 20:00 radələrində Sabunçu rayonu Heydər Əliyev prospektində (metronun “Koroğlu” stansiyasının qarşısı) “Mercedes” markalı minik avtomobili 18-20 yaşlı oğlanı vurub. Gənc oğlan aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bildirilib ki, hadisə piyada keçidi olmayan yerdə qeydə alınıb.

Faktla bağlı araşdırmalar aparılır.

 

Müstəqil.Az

Share: