Dünya üçüncüsü Mənsimovu kim qaralayır?

Bu kişiləri saxlayan kişilər var

Orta məktəbdə oxuyarkən bizim bir tarix müəllimimiz vardı. İndi Allahın rəhmətinə qovuşan Mirzağa müəllim bu sözü demək olar ki, hər gün bir neşə dəfə təkrar edərdi. O, sinifimizdəki şagirdlərin əksəriyyətinin valideyinlərinn də müəllimi olmuşdu, onlara da dərs vermişdi. Hər kəsi soyuna, nəslinə, zatına görə xarakterizə edir, dəyər verirdi. Yaşlı kişi idi, sözündən incimək də olmurdu:

– Bala, sənin dədənə də dərs vermişəm, zatın qırıqdır, büruzə verməlisən…

Yaxud deyirdi:

– Sənin atan da, anan da şagirdim olub, nənəni, babanı da tanıyıram, sən niyə belə oldun? Görünür, tikəni başqasından alıblar…

Hə, bax əsas məsələ bu “tikə” söhbətindədir. Görəsən bu insanlar, hansı ki, zatlarında bu qırıqlıq, natamamlıq var, hələ dünyaya gəlməmiş onların tikəsi kimdən alınıb? Yaxud hələ ana bətnində olanda kimin üzünə tərpəniblər ki, heç kəsin, elə haqqında bəhs etdiklərimizin özləri də bilmədikləri səbəbdən zatlarında çat əmələ gəlir, qırıqlıq büruzə verilir?

Arada düşünürəm, bizim millətin sevinməyə haqqı olsa da, çox vaxt toplum olaraq birlikdə sevinə bilmirik. Necə sevinək axı? Zaman-zaman torpaqlarımız işğal olunub, 200 ildən çox Rusiya və Sovet imperiyasının törətdiklərinin bu günə qədər gəlib çatan fəsadları və sair milləti xoşbəxt olmağa qoymur.

Düşməni tanıyırsan, bilirsən ondan nələri gözləmək olar. Dərd-bəla ondadır ki, içindən səni qurd yeyə.

Biz o ağaclar kimiyik; əsrlər boyu yaşaya bilərik, yaşayırıq, yaşayacağıq, amma sapı özümüzdən olan baltalar olmasa.

“Sevinə bilmirik” dedim, amma fikir verirəm ki, özünəməxsus şəkildə sevinənlər də çoxdur. Özümüzün uğuruna dodaq büzməklə, mane olmaqla, şər-şəbədə qoşmaqla. Uğurumuzdan bağırları çatlar, qara günlərimizi arzulayarlar, haqqında yazılar yazıb, şantaj edib, düşmən dəyirmanına su tökərlər…

İş adamlarımız var ki, ölkənin hüdudlarından çox-çox uzaqda ölkəmizin adına şərəf gətirə bilir. Hələlik döyüş meydanında qazana bilmədiyimiz sevinci iqtisadi sahədə bizə yaşadırlar. Arxasında oturduqları stolun üstündə bayrağımızın olması onların ölkəmizin səlahiyyətlisi kimi boy göstərmələrindən xəbər vermirmi?

Son vaxtlar “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovla aparıan cəng, edilən mübarizə metodu, sadəcə ürək bulandırmır, insanda ikrah hissi yaradır.

Adam gəmilərinin sayına, gördüyü işin miqdarına görə gəmişilkdə dünyada ilk üçlükdədir. Buna sevinə bilənlərlə yanaşı, ona qarşı qara piar edib, uğursuzluqda, korrupsiyada adını hallandıranların da cəhdləri göz önündədir. Bu qəbil insanlar ancaq və ancaq başqasının bədbəxtliyinə sevinə bilər… Onların sevinc payı bu olur.

Mənim tarix yaşamış tarix müəllimimin dedikləri bu qəbildən olan adamlardır. İnsanlarda çaşqınlıq yaradırlar. Görünür, bu xislətli adamların sevinc payı da bu əməllərinə hesablanıb, idarə olunurlar. Onlar olub, var və çox təəssüf ki, olacaqlar da. Görünür, bu xarakter sahibləri elə bu əməllər üçün saxlanırlar…

Hə, deyəsən dəqiqi budur elə, onları saxlayan var…

Faiq Balabəyli

Share: