Kapitan Bafadar: Dənizi sevməlisən ki o da səni sevsin

Müstəqil.Az saytının Dənizçilərə Sosial Dəstək İB ilə birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı Sinqapurun  Teras kompaniyasinın  “Teras Genesis” gəmisinin kapoitanı Bafadar İbrahimlidir

 -Bafadar bəy, deyəsən bu pondemiya vaxtını doğma kəndiniz Türkobada     yola   verməklə məşğulsunuz.

-Əvvəla bütün Azərbaycan dənizçilərini, Müstəqil.AZ saytının oxucularını salamlayıram. Bəli, mən hal-hazırda doğma kəndimizdə, Masallının Türkoba kəndində istirahət edirəm.

-Kəndin havası, təbiəti havası daha xoş olar

-Əlbəttə. Mənim burda istirahətim, əsl kənd admının istirahətidir. Həyətimdəki meyvəlikdə, biçənəkdə ot biçməkdə keçən günlərim ürəyimcədir.

-Uzun müddət sahildə qalmaq darıxdırıcı olmadı ki, yəni kollektivlə ünsiyyətiniz davam edirmi?

-Faiq bəy, tamami ilə doğru deyirsiniz. Okeanlar və dənizlər üçün çox darıxıram. Kollektivlə mütəmadi olaraq ünsiyyətdəyəm. Amma, vətənin dadını, tamını heç nə verməz.

-Mümkünsə özünüz haqda qısaca da olsa məlumat verəsiniz.

-1958-ci ilin sentyabr ayının 9-da Masallı rayonunun Türkoba kəndində anadan olmuşam. 1975-ci ildə  orta məktəbi bitirəndən sonra,dənizçi karyerama  Xəzər Dəniz Neft Donanması İdarəsində matros olaraq başlamamışam. 1983- cü ildə  Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini bitirmşəm. Məktəbi bitirdikdən sonra Kapitanın Növbə Köməkçisi vəzifəsində çalışmışam və daha sonra kapitana qədər yüksəlmişəm. \

1983-1987 illərdə  Xəzər Dəniz Neft  Donanmasından Xətai Rayon sovetinə deputat seçilmişəm. 1992 və 1997-ci illərində  “Azəri” və “Çıraq -1” yataqlarında Beynəlxalq boru kəmərlərinin çəkilişlərində  böyük əməyim olub. 1997-ci ildə  Xəzər dənizini birdəfəlik tərk edib, Dünya  sularında üzüb Azərbaycanı layiqincə  təmsil etmişəm və edirəm.

-Layihəmizin adından məlumdur ki,  əsasən dənizçilərimizin özünəməxsus olan həyat tərzindən bəhs edirik. Sizcə dənizçinin həyatı başqa sənət sahibi olanların həyatından nə ilə fərqlənir?

-Dənizçi olmaq ilk öncə ailədən uzaq olmaqla başqa sənət sahiblərindən fərqlənir. Çünki dənizçilər aylarla hətta illərlə dənizlərdə  fırtınalarla üz-üzə gəlirlər. Müxtəlif maraqlı əhvalatlarla qarşılaşırlar. Macəralar yaşanır və bu da dənizçi həyatının rəngarəngliyindən xəbər verir.

Dəniz insanılardan mərdlik və  igidlik tələb edir. Öz dövlətini layiqincə   təmsil etmək üçün hər zaman nümünəvi olub öndə  gedmək gərəkdir. Dənizi sevməlisən ki o da səni sevsin.

-Uzun nüddət  XDND də işləmisiniz. Həmsöhbət olduğum dənizçilər dənizçilik həyatında olan bütün uğurları bu idarə ilə əlaqələndirir. Siz necə düşünürsünüz?

-Tamami ilə doğrudur. Düzgün deyirsiniz. XDND –nın gəmilərində işləyərək çoxlu təcrübə toplamışam.  Neft buruqlarının tikintisində, boru kəmərlərinin çəkilişində, üzən qazama buruqlarınən mövqelərinin dəyişdirilməsində  böyük praktikalarım olub. Bunları da XDND-də çalışdığım zaman görmüşəm, həmişə də şükranlıqla xatırlayıram.

-Dənizçi olmaq, bu sənətə yiyələnmək və kapitan olaraq ölkədən kənarda fəaliyyət göstərmək, bütün bunların bir səbəbkarı olmalıdır, siz kimi yada sala bilərsiniz? Yoxsa dənizə  gəlişiniz bir təsadüfdən ibarət olubdur?

-Xeyir, burda heç bir təsadüfdən söhbət gedə bilməz. Əksinə bu sənəti sevib bu dənizçi olmuşam.

-Bafadar bəy, 1990 – cı ilin qanlı 20 yanvar faciəsi zamanı siz hansı gəmidə işləyirdiniz?

-20 yanvar faciəsi zamanı mən “Lyutoqa” gəmisində kapitan köməkçisi olmuşam.

– Bəlkə o günlərə qayıdaq, deyin, gəminiz Bakı buxtasına nə vaxt gəldi və aldığınız tapşırıq hansı idi?

-1990-cı ilin 13 yanvarından gəmi Bakı buxtasında idi.  Mənə heç kəs tapşırıq verməmişdi əksinə  mən özüm  yanvarın 19- dan 20-nə keçən gecə rus qoşunlarının  Bakıya daxil olmasından sonra  20-si yanvar  səhər saat 06:00 da 7 nəfərdən ibarət dənizçi heyəti ilə  bir yerə yığışıb bütün gəmiləri bakı Buxtasına çağırmağa çalışmışıq. Mən , Elşən Nəsirov, Dispetçer Əflatun, Kapitan Gülağa Məcidov,  Kapitan Elxan, Matorçu Vaqif və adını unutduğum digər şəxslər bir yerdə  qərara gəldik ki, gəmilərin Buxtaya çağırılıb rus qoşunlarına etirazların bildirilməsində əsas işi boynumuza götürək.   Yəni bu hgeç də o demək deyildi ki, digər dənizçilər bu faciəni seyrçi kimi qarşılamışdı.

-Mən “Kəsilməyən həyacan firi” kitabımda sizin haqqınızda bəhs etmişəm. Həbs olunmağınız haqda, qatarda sürgünə aparılmağınız və sair barədə yazmışam. Amma bu çox azdır. Hansı şəraitdə həbs olunmusunuz, bəlkə xatırlayasınız

-Mən Neft daşlarının dispetçeri ilə  əlaqə  saxlayıb, Neft Daşlarının və 28 May  neft yataqlarında olan  gəmiləri rus qoşunlarına etiraz etmək üçün   Bakı Buxtasına gəlmələrini xahiş  etmişdim.

-Bafadar bəy, bu hadisələrdən 31 il keçir. Siz deyirsiz ki, Neft Daşlarının düspetçiri ilə əlaqə saxladım. Yanvarın 19-da mənim işlədiyim “Şirvan” gəmisi məhz Həmin ərazidə olub və qırğının başalndığı anda gəmilərin arasında məşvərət edilib və Bakıya qayıtmaq qərarına gəlinib. Düzdür bizim Neft Daşlarının dispetçiri ilə əlaqəmiz olub və onlardan faciənin dəqiqləşdirməsini, gəmilərə məlumat verilməsini tələb etmişik. Yadşımızı təzələyək…  

-Vəziyyət çox gərgin idi. Çoxlu sayda  şəhidlərimiz və yaralılarımız var idi. Neft daşları və 28 May buruqlarının işçiləri  neft buruqlarını etiraz olaraq yandırmaq istəyirdilər.

-Bafadar bəy, mən 31 ildir ki bu faciənin araşdırması ilə mşğul olmuşam, onlarla məqalə, şahidlərin dediklərini qələmə qlmışam. Amma bunu ilk dəfədir sizdən eşidirəm. Deyəsən axı buruqların yandırılması söhbəti olmayıb. Bakı buxtasında dənizçilərin qərararı belə olmuşdu ki, Ordu 24 saat ərzində Bakıdan çıxarılmasa xəbərdarlıq olaraq əvvəlcə bir tanker , sonra isə Neft Ayırma zavodunun yandırılması tələbi vardı…

-Faiq bəy, mən Limanbazada, Komsomol katibinin otağından Neft Daşları ilə əlaqə saxlayıb neft  buruqlarının yandırılmasına qəti şəkildə  etirazımı bildirdim.  Bakı Buxtasında mülkü gəmilər ilə  rus hərbi gəmiləri arasında toqquşmalar başlandı. Mülki gəmiləri idarə edən bizim mərd kapitanlarımız gəmiləri çox gözəl idarə edirdilər. Mən  gəmiləri  düzgün idarə etdiyi üçün Kapitan Mövlud Əliyevə təşəkkürümü bildirirəm, rəhmətlik Kapitan Murad Əliyevə Allahdan ruhunun şad olmasını arzulayıramöz təşəkkürümü  bildirirəm. ALLAH Murad Əliyevə rəhmət etsin. O, özünün qəhrəmanlığı ilə çoxlarına nümunə oldu və bir neçə ildən sonrakı ölümü ilə də   şəhadətini qazandı. Fürsətdən istifadə  edib mən bütün XDND nin  kapitanlarından tutmuş matroslarına kimi rəşadətli döyüşdə qəhrəmanlıq göstərdikləri üçün minnətdarlığımı bildirirəm. Azərbaycanın azadlığı Bakı Buxtasındakı dənizçilərin güclü müqavimətindən sonra başladı.

-Bafadar bəy, sizin həbs olunduğunuz anı xatırlayaq…

-Bizim qərargahımız “Sabit Orucov” gəmisi idi. SSRİ Müdafiə  naziri Dimitri Yazovla  görüşmək üçün  7 nəfərdən ibarət kapitan heyəti seçildi. Lakin, Yazov bunlardan 1-ni ( Müzəffər Əliyev) ( Dimitri Yazovla görüşdə Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə, kapitanlardan Müzzəfər Əliyev və Kərəm Məmmədov iştirak etmişdi – Faiq Balabəyli) qəbul etdi. Yazov Müzəffər kapitana söyləmişdi ki  deənizçilərinizə de ki  saat 15:00 kimi bütün gəmilər Bakı Buxtasını boşaltsınlar. Müzəffər Kapitan Yazova cavab olaraq demişdirki, dənizşilər nə  qərara gəlsələr məndə onlarla bir yerdə olacağam. “Sabit Orucov”da  Kapitanlar  yekdilliklə qərara gəldilər ki, biz qələbə qazanmışıq, Bakı faciəsini dünyaya çatdırmışıq və indi buxtadan çıxa bilərik. Biz yanvarın 24-də saat 14:00 da gəmilərlə  qırağa çıxdıq. Bu zaman  Bakı Buxtasındakı gəmiləri qıraqdan tanklarla, BTR-lərlə atəşə tutdular. SSRİ Müdafiə Naziri öz sözünün üzərində durmadı. Gəmilərimiz  güllə baran oldu , İnsanlar yaralandılar. Məni “Sabit Orucov” gəmisində tutub  Dəniz Vağzalında möhkəm  döydülər. Başımdan və belimdən zədələndim.  Bizi Rusiyanın Krosnodar şəhərinə, sonra isə Orenburq şəhərinə apardılar.  Məni Krosnodarda başımdan avtomat silahın qundağı ilə vurdular və mən al qana bələndim. 18 nəfər dənizçi heyətini türmə  qatara salıb, Orenburq şəhərinə kimi apardılar. Yolda bizə çoxlu işgəncələr verdilər. Ölümə getdik ölümdən qayıtdıq. 1 ay 15 gün türmədə qaldıq. Türmədən qayıdandan sonra doğma kəndimə getdim. Burda mənə ölmüş bilirmişlər, mən öz yas mərasimimə yetişdim. Şükürlər olsun ki,  azadlığı əldə etdik. ALLAH  bizim 20 yanvar döyüşlərində  şəhid olan qəhramanlara  rəhmət etsin.

    -Sabit Orucov gəmisində tutulanlardan kimləri xatırlayırsınız?

-18 nəfərin hamısını xatırlayıram.

-Səhv etmirəmsə həmin zaman Moskva televizyası sizi çəkib, dənizçilərimizin haqq  işinə  kölgə salmaq  istəyib. Guya ki bir qrup nəşəxor və  başıbpozuq adam yığışıb. Xatırlayırsınız?

-Doğrusudur, bizi  Dəniz vağzalında  lentə çəkdilər. Biz döyülmüş və əzilmiş vəziyyətdə idik.  Bizə qanlı xərək gətirib şərləyirdilər ki  guya bu qan rus əsgərinin qanıdır. Biz isə öz növbəmizdə cavabında: bu bizim millətin şanlı qanıdır. Bir rus zabiti mənə dedi ki: Sən hardan bilirsən bu kimin qanıdır? Mən cavabında dedim ki: Bu şəhid qanıdır, bu azadlıq qanıdır! Görmürsən tər təmizdir, çirkli deyil? Gözümü açıb özümü zindanda gördüm.

-Kapitan Yaşar Cabbarov mənimlə efirdə olanda sizin adınızdan danışdı. Guya ki siz demisiniz ki,  Ağalar İbrahimov dəniz vağzalında gəlib partiya biletini göstərib deyib ki, mən ruslara kömək etmək üçün gəlmişəm. Belə  şey olub, yoxsa o sizin də xəbəriniz olmadan hansısa telefon danışığını konteksdən çıxarıb? Əgər belədirsə onun bu hərəkətinə  nə ad vermək olar?

-Mən Ağalar İbrahimovla fəxr edirəm. Ona görəki o, Azərbaycanın azadlığı uğrunda çox işlər görüb və əziyyətlər çəkib. Ağalar İbrahimov heç vaxt, heç zaman deyə bilməzdi ki mən rusların köməyinə  gəlmişəm. Bütün bu deyilənlər yanlışdır. O zaman nəinki Ağalar İbrahimov, hadisələrin içində olan heç kəs belə bir söz deməzdi.

-Bafadar bəy, siz peşəkar dənizçisizniz. İdarəmizdə  təkcə üzən heyətdə  deyil, idarəetmədə də çalışmısınız. Dənizçilərimizin sosial vəziyyətinin yaxşılaşdırılması üçün nə təklif etmək olar?

-Mən XDND-nin Texniki Təchizat İdarəsində də çalışmışam. Qənaətimə görə, dənizçilərin sosial vəziyyətlərinin yaxşılaşdırılması  üçün müəyyən işlər görülüb və görülməkdədir. Bununla yanaşı mütəmadi olaraq dənizçilərimiz və idarədəki səlahiyyətlilər  bir- biriləri ilə sıx əlaqə saxlayıb dəniz elmini gənc  kadrlara ötürməklə daha böyük işlərə imza atmaqla arzu olunanları  reallaşdırmaq olar.

-Bildiyiniz kimi Azərbaycan dənizçisinin sosial vəziyyətinə  tövhə vermək üçün DSD İB yaradılıb. Siz hər hansı bir təkliflə  bu quruma nələri etməyi tövsiyyə edərdiniz?

-Bu birlik yarananda sevinənlərdən biri olmuşam, nə olacaqsa, nə ediləcəksə sözssüz ki dənizçilərimizin sosial rifahının yaxşılaşdırılmasına səbəb olacaq. Obyektivliyinizə inanıram, düşünürəm ki, çətin də olsa, çox problemlərin  həllinə yardım etmək istəyəcəksiz. Gerçəkləşdirilməsi sözssüz ki rəhbərliyin üstünə düşən görəvdir. DSD İB yə hər birimiz dəstək olmalıyıq. Burası dostbazlıq, bir regindan olmaq, tələbə yoldaşı və qohumbazlıqla diqqət çəkən bir məkandır. Amma ümumi işin xeyrinə nələri isə etmək olar və ölkədə inanıram ki Dənizçilər bu ikə imza atacaq. Mən isə qocaman kapitan olaraq bütün beynəlxalq sularda üzən Azərbaycanın kapitanlarına tövsiyyə edərdim ki , belə bir kampaniyaya start verək. Hərəyə bir gənc dənizçi özümüzlə beynəlxalq  dənizlərə aparaq və elmimizi onlarla paylaşaq.

 -Ətraflı söhbət üçün təşəkkürümü bildirirəm. Əgər deyiləsi sözünüz və o barədə sual vermədimsə əlavə edə bilərsiniz.

-Faiq bəy, minnətdaram, çox sağ olun. Çoxlu sözlər var  deməyə İnşəALLAH görüşdüyümüz zaman ətaflı danışarıq.

Söhbətləşdi: Faiq Balabəyli

 

 

 

 

 

Share: