Ermənilər Bütün Qafqazın Şeyxinə qarşı qaralama kampaniyasına başlayıblar

Gözlənilən idi. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin Nobel Sülh Mükafatına namizədliyinin təsdiqlənməsindən sonra ermənilərin onunla bağlı antitəbliğat kampaniyasına başlamasına əsla təəccüblənmirəm.

Müstəqil.Az xəbər verir ki, bu sözləri  Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov özünün feysbuk səhifəsində paylaşıb.

Düşmən ölkənin jurnalistləri, siyasətçiləri, blogerləri Şeyximizin haqqında “erməni düşməni”, “millətçi”, “qanunsuz beynəlxalq ticari əməliyyatlarda adı keçən”, “narkobaron” və s. kimi çirkin ifadələrdən istifadə edirlər. Onlar Bütün Qafqazın Şeyxinə qarşı total şəkildə qaralama kampaniyasına başlayıblar. Çünki adları üstündə. Düşməndirlər. Məgər düşmənimiz istəyərmi ki, Azərbaycanın (və bütün Qafqazın) Şeyxinin Nobel Sülh Mükafatına namizədliyi qeydə alınsın və bu ödülü qazansın? Yox, əsla istəməz.

Hərçənd ki, hörmətli Şeyximiz indiyə qədər müsəlmanlarda ermənilərə qarşı nifrəti körükləyən bircə kəlmə də fikir səsləndirməyib. O, həmişə dinc qonşuluqdan yana olub, barşa səsləyib və Ermənistanın dini liderlərini – katolikoslarını da hər zaman sülhə çağırıb. Lakin ermənilərin təcavüzkar və xain xisləti onları bizim dini liderimizə qarşı tolerant yanaşmalarına mane olur. Allahdan uzaq düşən, İslam dininə hörmətlə yanaşmağı bacarmayan, məscidlərimizi mal-heyvan tapdağına çevirən, qəbirlərimizi, dini abidələrimizi dağıdan ermənilərin Şeyximizə sayğı ilə yanaşmaları və onun Nobel ödülünə namizədliyinə xoş baxmaları əsl möcüzə olardı.

Bu gün ermənilərin Şeyximizə göstərdikləri kin, nifrət bütövlükdə xalqımıza qarşı bəslədikləri sonsuz nifrətin bir təzahür formasıdır. Nifrətlə nəfəs alan, türkofobiya ilə yaşayan, kin qusan bir millətlə qonşu olmağımız nə yazıq ki, acı qismətimizdir. Allah millətimizə həm səbir versin, həm də Qələbə qismət eləsin!

Müstəqil.Az

 

Share:

Author: admin