QADIN QUTSALDIR- İlqar Türkoğlu yazır…

QADIN QUTSALDIR

Qərinələrdi qadınlarımız quralların qandallarında, qeyri- qanuni qadağalarla qaranlıqda qalmaqdadır. Qaldırın, qapadın qövmümüzə qarşı quduzlaşmış, qəflətdə qalmış qara-qorxu quralları!

Qızlarımızın qürurunu qırmaq qövmümüzə qəsddir. Qoy qürurları qəlbimizdə qərarlaşsın. Qızlarımız qəlblərinin qüruru qədər qələbəyə, qalibiyyət qazanmağa qadirdi. Qabiliyyətləri, qəhrəmanlıqları, qalibiyyətləri, qələbələri qutsaldır, qələbəmiz qədər qürurvericidir. Qafaları qıfıllılar qadınlara qarşı qərəzlərini qırağa qoysunlar. Qeyri-qanuni qurallar, quramalar qızlara qarşı qəddarlıqdır. Qadına qarşı qərəzli quralları qütbləşdirə- qütbləşdirə, qəribləşdirə-qəribləşdirə qəribəliklərdə qərib qaldıq…

Qadınlara, qızlara qurulan qadağalı “qurallar” quruluşumuza, qövmümüzə qarşıdır. Qadın-qızlarımızı qorxa-qorxa qarşılamayın, qarşı-qarşıya qoymayın, qabaq-qənşər  qulluqlarında qalın. Qadınlarımızı, qızlarımızı qoruyun! Qəflətən qurama qüsur qabardıb quraşdırmayın. Qızlarımız qızıldır, qüsursuzdur. Qəlblərini qaynar qəlbinizlə qucun. Qadağalar qəlbiqaraların qurallarıdı. Qalaq-qalaq qalanmış, qabalaşmış quralları qaldırın! Qalmaqallarla qəlblərini qırmayın qızların. Qəmə-qüssəyə qapılmasın, qarışmasın. Qəlbləri qalaktikaya qədər qürurla qanadlansın, qəhəri qucmasın. Qoy qələbədən qayıdan qeyrət qatarını, qələbə qatarını qürurla qarşılasın. Qabalıqlara, qanmazlıqlara qarşı qətiyyətli qalın!

Qayğılara qalayıb qızların qürurunu qırmayın, qısaltmayın. Qarşılarında qüsurlarımız, qəbahətlərimiz qədərincədi. Qınına-qılafına qapananların, qudurmuş, qəzəbindən qızan, qızışan qarınqulu qaramollaların “qarğadilində”, qanlı- qadalı, qadağalı “qaravəllilərində qullanılmasın qızlar. Qövmümüzün qadını- qızı qədimdən qutsaldır…

İlqar Türkoğlu

Müstəqil.Az

Sin descripción disponible.

Share:

Author: admin