Son xəbərlər

replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

Ermənilərin yeni təxribatı: “Bakıdayıq”

Sosial media üzərindən bir təxribatçı video yayılıb.

Müstəqil.Az musavat.com-a istinadla xəbər verir ki, həmin videonun rusca səsləndirməsinə görə, guya (indi təqdim etdiyimiz) bu video-parçanı Bakıda olan ermənilər çəkib, yayıblar. Əslində isə bunlar yalandır. Heydər Əliyev Mərkəzinin qarşısındakı görüntülər 2019-cu ilə aiddir. Təsvirdə görünən qırmızı və bənövşəyi ilbiz 2019-cu ilin may ayındakı təmir zamanı ərazidən götürülüb. Videoda aydın görünən qatar isə 2019-cu ilin iyununda fəaliyyətini dayandırıb.

Ermənilərin Bakıdan çəkiliş etməsi də absurddur. Çünki sərhədlər bağlanandan ölkəyə heç bir turist gəlmir. Bu isə o deməkdir ki, hətta soyadı dəyişdirilmiş ermənilərin də Azərbaycana gəlməsi mümkünsüzdür. Bundan başqa, ilk baxışdaca bilinir ki, video ayrı çəkilib; səs isə qapalı şəraitdə, qeyri-peşəkar tərəfindən videonun üstünə vurulub.

Səsləndirilən qısa mətndə erməni həyasızlığı və xəstə iddialar öz əksini tapıb. Video-səsləndirmədə Azərbaycan və Bakı bütövlükdə qədim Ermənistan ərazisi kimi təqdim olunur. Səsləndirmənin mabədində isə ölkəmizin hüquq-mühafizə və xüsusi xidmət orqanlarına mesaj yer alıb. Guya onlar ayıq-sayıq deyillər və ermənilərin sərbəst şəkildə Bakıya gedib-gəlmələrindən xəbər tuta bilmirlər.Musavat.com bildirir ki, bu iddialar da yalandır. Pandemiya müddətində, quru sərhədlərimizin bağlı, hava sərhədlərimizin məhdudlaşdırıldığı bir dönəmdə bədnam ermənilər haradan və necə Bakıya gələ, burada əylənib, sonra da əllərini, qollarını sallaya – sallaya geri dönə bilərlər?

Bütün bunlar növbəti erməni yalanlarından, fırıldaqla rəy yaratmaq təşəbbüsündən başqa bir şey deyil.Sonda, sözügedən videonu təqdim edirik. Özünüz baxın, rəy verin, hətta istəsəniz, ermənilərə layiq olduqları sözləri yazın. Bunun üçün Youtube platformamızda və saytımızda şərh yazmaq imkanları var

Share: