Gəmilərimizlə indiyədək Qazaxıstandan 559 azərbaycanlı Azərbaycana yola salınıb

Azərbaycanın Aktaudakı Baş Konsulluğundan AZƏRTAC-a verilən məlumata əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri 1” (11 nəfər), “Professor Gül” (21 nəfər), “Balakən” (4 nəfər) bərə gəmiləri ilə yola salınan vətəndaşların hamısı COVID-19 virusu ilə bağlı testdən keçiblər.

Bu günə qədər Qazaxıstandan ümumilikdə 559 vətəndaşımız gəmi vasitəsilə ölkəmizə yola salınıb.

Xatırladaq ki, Baş Konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir.

Müstəqil.Az

Share: