Dünyada fəaliyyət göstərən dənizçilərin sayı məlum oldu…

Müstəqil.Az “MaritimeZone” agentliyinə istinadənxəbər verir ki, 2018-ci ildə Çində 1.58 milyon nəfər dənizçi kimi qeydiyyatdan keçib. Bu rəqəmin 15%-i (239 min nəfər) qadınların payına düşür.

Siyahını 460 min dənizçi ilə Filippin davam etdirir. Hindistanda 209, Rusiyada 189 min, Ukraynada isə 120 min dənizçi qeydiyyatdan keçib.

Hazırda dünyada dənizçilərin ümumi sayı 2.5 milyon nəfərə bərabərdir və bu rəqəm artmaqda davam edir.

Müstəqil.Az

Share: