Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Bu gün Bakı Teleqüllə Kompleksinin istismara verilməsindən 24 il keçir.

“Qafqazinfo” xəbər verir ki, ən müasir radio-televiziya avadanlıqları ilə təchiz olunmaqla, respublikamızda radio-televiziya yayımının, kosmik, yerüstü radio rabitənin təşkilində önəmli vəzifəni yerinə yetirən Kompleks Ulu Öndər Heydər Əliyevin iştirakı ilə 13 avqust 1996-cı ildə istifadəyə verilib.

Qeyd edək ki, 1956-cı ildə istismara verilmiş ilk Televiziya qülləsi sonradan yeni texnoloji tələblərə cavab vermədiyi üçün müasir əsaslarla keyfiyyətli radio-televiziya yayımının təşkilində çətinliklər yaradıb. Bu səbəbdən Bakı Teleqüllə Kompleksi layihələndirilərək 1981-ci ildə tikintisinə başlanılıb. Layihəyə əsasən, tikinti işləri 1985-ci ildə başa çatdırılmalı idi. Lakin keçmiş SSRİ-ni əhatə edən maliyyə böhranı, tikinti zamanı iqlim şəraitinin nəzərə alınmaması, sonda SSRİ-nin dağılması və digər müxtəlif səbəblərdən tikinti işləri yarımçıq qalıb.

Ölkəmiz müstəqillik qazandıqdan sonra Ümummilli Lider Heydər Əliyevin müvafiq göstərişləri əsasında yarımçıq qalmış tikinti başa çatdırılıb və Bakı Teleqüllə Kompleksi istifadəyə verilib.

Tikintisi paytaxtın ən hündür nöqtəsində aparılmış Teleqüllə şəhərin istənilən nöqtəsində və relyefdən asılı olaraq Bakı ətrafında 70-80 km radiusda radiodalğaların inamlı qəbuluna imkan yaradır.

Tikinti sahəsi daxil olmaqla 6 hektar ərazini əhatə edən Bakı Teleqüllə Kompleksinin hündürlüyü 310 metr təşkil edir. Kompleks Azərbaycanda ən hündür tikilidir və dünyada olan teleqüllələr arasında hündürlüyünə görə 34-cü yerdədir.

Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”na Bakı Teleqüllə Kompleksi də daxil edilib.


307 baxılıb
Paylaş
mersin escort