Ağ Evdə həyəcanlı anlar – Bir nəfər vuruldu + Video

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

ABŞ Prezidenti Donald Tramp avqustun 11-də mətbuat konfransı keçirərkən anidən təhlükəsizlik qrupu tərəfindən salondan çıxarılıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə zamanı salondakı müxbirlərin çölə çıxmasına icazə verilməyib. Tramp bir neçə dəqiqə sonra geri qayıdıb və Ağ Evin binası yaxınlığında bir nəfərin vurulduğunu açıqlayıb. O, təhlükəsizlik qüvvələri tərəfindən vurulan şübhəlinin silahlı olduğunu və xəstəxanaya aparıldığını bildirib.

Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti ilə bağlı dəqiq məlumatı olmadığını bildirən Tramp Gizli Təhlükəsizlik Xidmətinin hadisə ilə bağlı ətraflı açıqlama verəcəyini qeyd edib. O, özünü Ağ Evdə təhlükəsizlikdə hiss etdiyini və hər kəsə təşəkkürünü bildirdikdən sonra gündəmi qiymətləndirməyə davam edib.


Müstəqil.Az

550 baxılıb
Paylaş
mersin escort