SALAM, TÜRK ORDUSU! – Ziyalılar Türk Ordusuna məktub ünvanladı

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

İslam Sadğın təşəbbüsü ilə bir qrup ziyalı Azərbaycanda təlimdə olan Türk Ordusuna məktub ünvanladı.

Qardaş Türk ordusunun Azərbaycanda qalmağı bu gün bizə hava kimi, su kimi lazımdır. Türk ordusunun Azərbaycandan çıxmağı bizi havasız, susuz qoymaq deməkdir. Türk orducu gəlməsəydi 1918-ci ildə Azərbaycan xalqı bir nəfər kimi ermənilərin törətdikləri soyqırımın qurbanı olacaqdı. Bunu xalqımız yaxşı bilir və unutmur. “Türk ordusu Azərbaycanda qalsın” deyənlər Azərbaycanı sevənlərdir. Azərbaycan Azərbaycanı sevənlərin vətənidir!

  1. İslam Sadiq-  şair, AY B-nin və AJB-nin üzvü, filologiya elmləri doktoru
  2. Maşallah Məftun- şair, AY B-nin üzvü
  3. Dilavər Əzimli – tarix üzrə fəlsəfə doktoru
  4. Seyfəddin Rzasoy –  filologiya elmləri doktoru, professor
  5. İlhami Cəfərsoy- filologiya elmləri doktoru
  6. Nəsir Əhmədli- AYB-nin üzvü, filologiya elmləri doktoru, professor
  7. Alxan Bayramoğlu- AYB-nin üzvü, filologiya elmləri doktoru, professor
  8. Abid Tahirli- AY B və AJB-nin üzvü, filologiya elmləri doktoru, professor
  9. Teymur İlyaslı- kimya elmləri doktoru, professor
  10.  Mikayıl Yanar- şair, AY B-nin üzvü
  11.  Dəmir Çeşməli- şair, AY B-nin üzvü
  12.  Tahir Talıblı- şair, AY B-nin üzvü
  13.  Əhməd Oğuz- şair, AY B-nin üzvü
  14.  Xaliq Rəhimli- şair, AY B-nin üzvü
  15.  Aydın Uluxanlı- şair, AY B-nin üzvü
  16.  Mübariz Məsimoğlu- şair, AY B-nin üzvü
  17.  Tofiq Qaraqaya- şair, AY B-nin üzvü
  18.  Dayandur Sevgin- şair, AY B-nin üzvü
  19.  Sahib Camal- şair, AY B-nin üzvü
  20.  Səfər Alışarlı- yazıçı, AY B-nin üzvü
  21.  Murad Köhnəqala- şair, AY B-nin üzvü
  22.  Məti Osmanoğlu- AYB-nin üzvü, filologiya elmləri doktoru
  23.  Akif Əhmədgil- şair, AY B-nin üzvü
  24.  Hafiz Rüstəm- şair, AY B-nin üzvü
  25.  Əlirza Xələfli- ­ şair, AY B-nin üzvü
  26.  Ayaz Arabaçı – şair, AY B-nin üzvü
  27.  Əlisəmid Kür- şair, AY B-nin üzvü
  28.  İradə Aytel-  AY B-nin üzvü
  29.  Əlisəfa Mehdi- jurnalist
  30.  Eldəniz Həsənov- AY B-nin üzvü, aqrar elmlər üzrə fəlsəfə doktoru
  31.  Əkbər Hüseynzadə-
  32.  Qorxmaz Şıxəlioğlu- ziyalı
  33.  İslam Babazadə- ədəbiyyatşünas
  34.  Xeybər Göyallı- şair, AYB-nin üzvü
  35.  İlham Mazanov- filologiya üzrə fəlsəfə doktoru
  36.  Telman Səmədov – ziyalı, Bakı şəhəri
  37.  Afiq Axundov- ziyalı, Qazax rayonu
  38.  Əmrah Vəliyev – ziyalı, Bakı şəhəri
  39.  Raisə Fərəcova- Şuşa şəhəri
  40.  Orman Cəfərov- Şuşa şəhəri
  41.  Əlövsət Cəfərov- Şuşa şəhəri
  42.  Bayram Cəfərov- Şuşa şəhəri
  43.  Elnur Heydərov- Şuşa şəhəri
  44.  Natiq Nəbiyev- Şuşa şəhəri
  45.  Məhərrəm Zeynalov- Şuşa şəhəri
  46.  Vüsal Şirinov- Şuşa şəhəri
  47.  Arzu Qarayev- Şuşa şəhəri
  48. Faiq Balabəyli – şair

 

İSLAM SADIQ

 

AZƏRBAYCAN-TÜRKİYƏ 

 

Dili dilim, sözü sözüm,

Odu odum, közü közüm.

Özü özüm, canım-gözüm,

Gör boynumu kimdi qucan?

Azərbaycan Türkiyədi,

Türkiyə də Azərbaycan!

 

Gücünü də vuran qolum,

Ondan alıb, qurban olum.

Fərhad olub, mənim yolum

Dirənəndə dağa haçan!

Azərbaycan Türkiyədi,

Türkiyə də Azərbaycan!

 

Bilirsənmi sorub gedən,

Bu doğmalıq gəlir nədən?!

Biri ruhdu, biri bədən,

“Ayrılarmı könüllə can”?!

Azərbaycan Türkiyədi,

Türkiyə də Azərbaycan!

 

TÜRKƏ VERİN BU DÜNYANI

 

Qan qoxuyur yer də, göy də,

Dinən elə qan-qan deyir.

Susanların baxışları

Günahkardı xan, xan deyir.

 

Baxtı yatıb, yoxsa onun

Yığvalımı nəs gəlibdi.

Neçə vaxtdı bu dünyanın

Yumurtası tərs gəlibdi.

 

Bar üstündə yanıb gedir

Ağacların budaqları.

Barmağına həsrət qalıb

Bal tutanın dodaqları.

 

Gündüzlərin havası qan,

Hər gecə min ölüm doğur.

Dünya kimdən boylu qalıb,

Zülüm üstdən zülüm doğur.

 

Yuvasından çıxan quşu

İsti-isti güllə yeyir.

Üz-gözündən öpə-öpə

Arıları güllər yeyir.

 

Dünya gör nə günə qalıb,

Umuda bax, gümana bax.

Ayağını sellər yuyur,

Başındakı dumana bax.

 

Baş barmağı baş pərdədə,

Təzənəsi simə bənddi.

Bəsdi  bircə göz qırpımı,

Hər şey bircə himə bənddi.

 

Hərə çəkir bir tərəfə,

Başı pozuq kənd kimidi.

Bu dünyanın şirinliyi

Zəhər dadan qənd kimidi.

 

Bu dünyanın hər yerində

Qanlı beşik, qanlı bələk.

Niyə, niyə bəs özünü

Mələk sayır, hamı mələk.

 

Yalandan şah olub çoxu,

Dünya saxta şahla dolub.

Dağda-düzdə qaçhaqaçdı,

Dərələri ahla dolub.

***

Türkə verin bu qoruğu,

Qoruq nədi yaxşı bilir.

Qoruduğu hər ağacı,

Hər qayanı, daşı bilir.

 

Türkə verin bu çəməni,

Bircə gülü sola bilməz.

Türkəm deyən el malına

Soyuq baxsın, ola bilməz.

 

Türkə verin bu bağçanı,

Tanrı barı bol verəcək.

Dörd tərəfdən bağlasalar,

Yeddi yerdən yol verəcək.

 

Ocağı gur olsun deyə,

Közü düzər köz üstünə.

Söz verərsən, uca tutar,

Öpüb qoyar göz üstünə.

 

Olanını, qalanını

Sayar dənə-dənə, bilər.

Bir sünbülü türkə versən,

Bir zəmiyə dönə bilər.

 

Özü dönər bir günəşə,

Gecələri gündüz eylər.

Kələ-kötür, çala-çuxur

Yolları da dümdüz eylər.

 

Türkün nəyi varsa, nəyi,

Bir saf, təmiz ruhdan gəlir.

Bir kökündə Tanrı durur,

Bir kökü də Nuhdan gəlir.

 

Türkün üzü bilib açır

Bəlkə Tanrı dan üzünü.

Kəssə, kəssə türk kəsəcək

Yer üzündən qan izini.

 

Sənin, onun balasını

Sevəcək öz bəbəyi tək.

Türkə verin bu dünyanı

Qorusun göz bəbəyi tək!

273 baxılıb
Paylaş
mersin escort