Zahid, heç olmasa yaz ki, yıxılıb əzilirlər…

Dünən gecə saatlarında Ramil Nəcəf belə bir status yazdı: “Ay camaat, bu nə dəhşətli xəbərdir? İndicə Qənimət Zahid bəy canlı yayımda məlumat verdi ki, Azərbaycanın korrupsioner məmurları 1953-cü ildə tikilmiş Mingəçevir Su Anbarının möhkəm, dayanıqlı istinad divarlarını söküb yenisini tikiblər. Milyonlarla dollar pul xərclənib. Yeni istinad divarlarının keyfiyyəti və möhkəmliyi isə problemlidir”.

Sözün düzü, belə bir savadsız məlumatın Qənimət Zahid tərəfindən deyildiyinə və Ramil bəy tərəfindən yayıldığına təəccübləndim. Hətta Ramil bəyin statusuna şərh yazdım ki, bu dərəcədə də yalan olar? Sizi intellektli yazar kimi tanıyıram, belə bir xəbərə necə inana bilərsiniz?

Hələ onu da yazdım ki, dayanıqlı istinad divarlarını sökmək üçün gərək 605 milyon kvadrat metr sahəsi olan Mingəçevir Su Anbarını qurutsunlar. Heç bilirsiniz istinad divarını söküb yenisini tikmək nə deməkdir?

Yenə desəydi ki, keyfiyyətsiz təmir ediblər, dövlətin ayırdığı milyonları yediklərinə görə necə gəldi bərkitmə işləri aparıblar, dərd yarı idi. Yox ey, dirəşib ki, bəndin istinad divarlarını söküb yenisini tikiblər.

Təəssüf ki, Ramil bəy mənim bu fikirlərimə, suallarıma cavab vermək əvəzinə şərhlərimi pozdu.

Özü bilər, nəyi tirajlayıb-tirajlamamaq da onun öz işidir. Mənə maraqlı gələn uzun illər jurnalist, “Azadlıq” qəzeti kimi nəhəngə rəhbərlik edən Qənimət Zahidin savadsız, “gerizəkalı” yalan yaymaq üslubudur.

Qənimət bəy, bildiyimə görə, neçə illərdir Avropada yaşayır. Bu illər ərzində doğurdanmı televiziyada normal xəbərin necə hazırlandığını öyrənə bilməyib? Bir peşəkar televiziya işçisi kimi deyə bilərəm ki, xəbərlərin 60 faizi hay-küy üstündə qurulur, həqiqət olansa yalnız baş verən hadisədir. Hadisənin “bər-bəzəyi” isə dediyim kimi, 60 faizdir. Amma hadisə düz olanda, həqiqət göstəriləndə ona vurulan “bər-bəzək”, “hay-küy” gözə görünmür.

Qənimət bəy müxalifətin guya ideoloji fiqurlarından biridir. Hazırladığı xəbərlər, müsahibələr, verilişlər təbii ki, iqtidara qarşıdır. Və iqtidara qarşı hazırladığı xəbərlərin “hap-gop” əmsalı hardasa 60-70 faiz təşkil etməlidir. Yerdən qalan faiz göstəricisi isə həqiqi baş verən hadisə olmalıdır ki, 60-70 faizlik gopu insanlara həzm etdirə bilsin. Amma Qənimət bəy və onun təbliğatçıları baş verən hadisənin heç 1 faizini düzgün demirlər.

Məsələn, Mingəçevir Su Anbarının suyu qurudulsaydı, bəli, Qənimət bəy bəndin divarları sökülməsəydi belə, yalandan hay-həşir sala bilərdi ki, söküb keyfiyyətsiz tikiblər, uçacaq, kəndləri sel-su basacaq, qırılacağıq, ay qoymayın və sair.

Amma hamı bilir ki, Mingəçevir Su Anbarında su ağzına qədər doludur. Və görünən odur ki, qurumaq fikri də yoxdur. Onda necə deyə bilərsən ki, bəndin istinad divarlarını söküb, təzədən tikiblər və həm də keyfiyyətsiz?

Camaat gülür ey…

P.S. Ermənilər Avropaya mühacirətə gedib savadlanır, dövlət qurumlarında, siyasi partiyalarda yer alır, apardığı mübarizəni intellekt səviyyəsində edir. Bizimkilər gedib ya söyüş öyrənir, ya da fantastik yalanlarla camaatı guya ələ alıb iqtidara qarşı qaldırmaq istəyirlər.

Debilizim…

 

 

Share: