Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası başlayıb

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası başlayıb.

“Report” xəbər verir ki, toplantıya spiker Sahibə Qafarova sədrlik edir.

09:14

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.

“Report” xəbər verir ki, bugünkü toplantının gündəliyinə 6 məsələ daxil edilib.

İclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanun layihələri üçüncü (sonuncu) oxunuşda müzakirəyə çıxarılacaq. Bununla da parlamentin növbədənkənar sessiyası başa çatacaq.

Qeyd edək ki, Milli Məclisin Sədri Sahibə Qafarova iyulun 31-də parlamentin növbədənkənar sessiyasının çağrılması ilə bağlı sərəncam imzalayıb. Avqustun 4-də başlayan növbədənkənar sessiya çərçivəsində qanunverici orqanın iki iclası (avqustun 5-i və 6-da) keçirilib.

1. 725 baxılıb
Paylaş
mersin escort