Türkiyə antiterror fəaliyyətləri üzrə ən təcrübəli ölkədir – Partiya sədri

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Qərb ölkələrindən və Rusiyadan fərqli olaraq Türkiyə terrorla və terrorçularla real surətdə mübarizə aparır. Ancaq terrorizmlə mübarizə təkcə bir ölkənin əlahiddə şəkildə görə biləcəyi iş deyil. Çünki terrorizm qlobal problemdir.

 

“Beynəlxalq terrorizm” ifadəsi əbəs yerə yaranmayıb ki. Bu baxımdan, son 30 ildə terrorizm Yaxın Şərq və Cənubi Qafqaz regionları üçün də ciddi təhlükə mənbəyinə çevrilib. Türkiyə, İran və Azərbaycan da öz iradəsindən asılı olmayaraq terrorizmin dəhşətlərini və nəfəsini lap yaxından hiss etməli olub. Bu gün Azərbaycan erməni terrorizmindən əziyyət çəkir. Təcavüzkar Ermənistan 30 ilə yaxındır ki, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır və həmin ərazilərdə terrorçuların məskunlaşmasına, narkotik qaçaqmalçılığına rəvac verir.

Türkiyə öz əraziləri ilə bərabər, Şimali İraqda PKK, PYD kimi kürd terror təşkilatlarına qarşı genişmiqyaslı antiterror əməliyyatları həyata keçirib. Eyni zamanda İran da PKK təşkilatının İran qolu kimi qələmə verilən PJAK-ın zaman-zaman törətdiyi terror aksiyalarından əziyyət çəkir. Ərəblər və bəluclar da İran üçün potensial terrorizm mənbələri sayılır. Odur ki, hazırda İran rejiminin terrorizmlə mübarizədə ciddi dəstəyə ehtiyacı var və ona görə də rəsmi Tehranın Türkiyə ilə əməkdaşlıq görüntüsü yaratmağa çalışdığı müşahidə edilir. Ola bilsin ki, İran terrorçuluğa qarşı Türkiyə ilə birgə mübarizə aparmaqda həqiqətən də maraqlıdır. Çünki Türkiyə antiterror fəaliyyətləri üzrə ən təcrübəli ölkə sayılır.

Türkiyənin Dağlıq Qarabağda Azərbaycanla birgə antiterror əməliyyatları aparması rəsmi Bakının da maraqlarına cavab verir. Bu üç ölkənin (Türkiyə, İran və Azərbaycan) terrorizmə qarşı mübarizə istiqamətində səylərini birləşdirməsi həm PKK və PJAK-ın, həm də Ermənistanın fəaliyyət imkanlarını xeyli dərəcədə məhdudlaşdıracaq və eyni zamanda psixoloji zərbə effekti verəcək. İran Türkiyəyə qarşı sağlam və dürüst siyasət yürüdərsə, Türkiyə İranda terrorizm ocaqlarının məhv edilməsində real surətdə iştirak edə bilər.

Eləcə də, Azərbaycanın da Qarabağdakı separatçı və terrorçu qüvvələrə qarşı antiterror əməliyyatları keçirəcəyi gün yaxınlaşmaqdadır. Qardaş Türkiyənin istər siyasi rəhbərliyi, istərsə də generaliteti həm Qarabağda terrorizmə qarşı mübarizədə, həm də dövlət sərhədimizdə Ermənistan tərəfindən baş verən təxribatların qarşısının alınmasında Azərbaycana tam dəstək verəcəyini dəfələrlə bəyan edib.

Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

265 baxılıb
Paylaş
mersin escort