Kiyevdə terrorçu biznes mərkəzi ələ keçirdi

Ukraynanın paytaxtı Kiyevdə naməlum şəxs biznes mərkəzlərdən birinə daxil olaraq özünü bomba ilə partladacağını bildirib.

Müstəqil.Az xəbər verir ki, bu məlumatı Ukrayna Daxili İşlər nazirinin müavini Anton Qeraşenko yayıb.

O, üzərində bomba olan şəxsin 35 yaşında olduğunu və onun “Leonardo” biznes mərkəzindəki “Universal Bank”ında olduğunu bildirib. Qeraşenko hazırda bu şəxsin yalnız bankın müdirinin qaldığını deyib. O, polisin hazırda terrorçu ilə danışıqlar apardığını söyləyib.

Müstəqil.Az

Share: