İsraildə 3 nazir karantinə alındı

İsrailin Ali Təhsil və Su Resursları naziri Zyeev Elkin, İcmanın İnkişafı və Gücləndirilməsi naziri Orli Levi-Abukasis və Din İşləri naziri Yakov Avitan həmkarları – Qüds İşləri üzrə nazir Rafi Peresdə koronavirus aşkarlandıqdan sonra karantinə göndəriliblər.

Bu barədə “Yedioth Ahronoth” nəşri məlumat yayıb.

Peresin sosial şəbəkədə yazdığına görə, onun cümə günü verdiyi koronavirus testi pozitiv çıxıb.

Müstəqil.Az

Share: