59 deputat tələb etdi, növbədənkənar sessiya çağırıldı

Milli Məclisin sədri Sahibə Qafarova qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb.

Müstəqil.Az xəbər verir ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib.

Bu tələbi nəzərə alan S.Qafarova avqustun 4-də qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi haqqında sərəncam imzalayıb.

Müstəqil.Az 

Share: