Hakerlərimiz erməni banklarına hücum etdi, bir sıra saytları dağıdıldı

“FF AZE HACK” adlı azərbaycanlı haker komandası xalqımıza və ordumuza qarşı hər zaman yalan və böhtan dolu informasiyalar yayan erməni internet resurslarına kiber hücumlar təşkil edib.

Müstəqil.Az Axar.az-a istinadən xəbər verir ki, komanda hücum edilən resursların funksionallığını itirdiyini bildirib.
“Vətənpərvər hakerlərimizin etdiyi kiber hücumlar nəticəsində həmin saytlar funskionallığını itirib və yararsız hala düşüblər. Bu saytlarda olan bütün məxfi məlumatlar və arxiv materialları götürülüb. Heç bir erməni saytı bizim nifrətimizdən, gücümüzdən və zərbələrimizdən kənarda qalmayacaq. Ermənilərin xəbər, universitet, bank və Futbol Federasiyasının saytlarına hücum edilib “.
Kiber hücum edilən saytlara buradan ( http://ff-aze.org) baxa bilərsiniz.
Qeyd edək ki, “FF AZE HACK” komandası bir müddət öncə də Ermənistanın rəsmi saytlarına hücum edərək baza məlumatlarını paylaşmışdılar.
Müstəqil.Az
Share: