Ermənilər azərbaycanlılara atəş açdı – Video

Rusiyada ermənilərin azərbaycanlılara qarşı hücumlarını əks etdirən daha bir video yayılıb.

Müstəqil.Az xəbər verir ki, Moskvanın məhəllələrindən birində çəkildiyi bildirilən görüntünü “Vajnıy Potok” Yutub səhifəsi tirajlayıb.

Məlumata görə, ermənilər azərbaycanlılara pnevmatik tapançadan atəş açıblar. Azərbaycanlılar qaçaraq xilas olmağa çalışıblar.

Soydaşlarımız arasında yaralananların olub-olmadığı bəlli deyil.

Qeyd edək ki, Rusiyada ermənilərin azərbaycanlılara qarşı hücumları son iki gündə pik həddə çatıb. Az öncə ermənilərin azərbaycanlıların kafesini dağıtdığı və bazarda qarpız satan azərbaycanlıya hücum edərək, ona ciddi xəsarət yetirdiyini əks etdirən video yayılmışdı.

Əli Məmmədov

Share: