Putin Azərbaycan-Ermənistan sərhədindəki münaqişə haqda

Rusiya Prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti “Rusiya üçün çox həssas” adlandırıb.

Müstəqil.Az bildirir ki, məlumatı TASS yayıb.

Məlumata görə, Rusiya lideri bu fikri Təhlükəsizlik Şurası daimi üzvlərinin bu gün keçirilən iclasında deyib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, iclasda “Bu respublikaların sərhədində davam edən kəskinləşmə fonunda Rusiyanın MDB ölkələri, o cümlədən Azərbaycan və Ermənistanla münasibətləri müzakirə edilib”.

Tural Balabəyli

Share: