Qızının sevgilisi ilə münasibət yaşayan ana həbs olundu

Hollandiyada qızının yeniyetmə sevgilisi ilə münasibət yaşayan ana həbs edilib.

Müstəqil.Az xəbər verir ki, Hollandiyada ana qızının 14 yaşlı sevgilisi ilə illərlə münasibət yaşayıb. Jannet adlı qadın 4 il müddətində yeniyetməni cinsi istismar edib. Məhkəmə 49 yaşlı qadını pedofillikdə günahlandıraraq ona 16 ay həbs cəzası verib. Üstəlik o zərərçəkmiş şəxsə 7 min avro təzminat ödəyəcək. Qadın məhkəmədə özünə haqq qazandıraraq yeniyetmənin onu şantaj etdiyini, daha sonra oğlana aşiq olduğunu deyib. Cinsi istismara məruz qalan oğlan isə iddianı qəbul etməyərək qadının ona hədə-qorxu gəldiyini, ayrılarlarsa özünü öldürəcəyini deyib. (ölkə.az)

Müstəqil.Az

Share: