TÜRKƏÇARƏÇİ EL ŞAİRİ

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Bilal Alarlı HÜSEYNOV,

filologiya üzrə fəlsəfə doktoru

El şairi, bölgənin məşhur türkəçarəçisi Kərbəlayi Maşallah (Maşallah Səttarxan oğlu Baxşəliyev) Cəlilabad rayonun keçmiş Petrovka kəndində yaşayırdı. İndi bu kənd Cəlilabad şəhərinə qarışıb, məhəllələri Cəlilabadın küçələri sayılır.  Kərbəlayı Maşallah 1940-cı ildə Zəhmətabad kəndində anadan olub, 2020-ci ilin əvvəlində dünyasını dəyişib.

Kərbəlayı Maşallah həm də dindar adam idi, ibadətini edir, Quran oxuyur, namazından qalmırdı. Öldüyü günə qədər öz fiziki gümrah­lı­ğını qoruyub saxlaya bildi. Görünür, başqalarına məsləhət gördüyü gənclik eliksirinin təsirini əvvəl-əvvəl öz canında sınaqdan çıxarırmış və buna görə gümrah qalmışdı. Ruhu şad olsun!

Bədahətən şeirlər söyləyən Kərbəlayı Maşallah yaddaşının möhkəmliyi ilə də hamını heyrətləndirirdi. O, demək olar, bütün şeirlərini əzbər bilirdi.

Amma Kərbəlayı Maşallahın şəxsi həyatı o qədər də gümrah olmayıb. Həyat yoldaşı Rəhilə xanımı vaxtsız itirib. Rəhilə Hüseynəli qızı ömür-gün yoldaşı Kərbəlayı Maşallaha can-başla qulluq edib, çətin günlərdə təsəlli yeri olub:

Ömür-gün yoldaşım gedib əlimdən,
Yatmaq istəyirəm, yata bilmirəm.
Xəyalımda gəzir hər an, hər saat,
Cəhd edirəm, tutum, tuta bilmirəm.

Allah versin mənə səbir, dəyanət,
Öləndən sonra da desinlər rəhmət.
İşə bax, ölümə mən hazır ikən
Məni yalqız qoyub getdi o afət.

Kərbəlayı Maşallahın ən böyük itkisi avtomobil qəzasında hə­lak olmuş gənc oğlu Telmandır. Telmanın ölümü ailəni çox kədər­ləndirib:


Tale yazan ömrü yazıb nə qədər,
O bir sirdir, onu bilən deyiləm.
Çox ağrılı günlər keçirmişəm mən,
Vaxt çatmasa, oğul, ölən deyiləm.

Başqa bir şeirində arzu-istəkləri buza dönən beş oğulun, bir qızın anasını belə xatırlayır:

 

Gömüldün məzara boranda, qarda,
Necə ola billəm qonağın sənin?
Ruhun qovuşubdur bala ruhuna,
Gəzir xəyallarda sorağın sənin.

 

Kərbəlayı Maşallahın tapşırması da maraqlıdır:

 

Gedirsən dudmanımdan,
Xidmətində duran çoxdur.
Sən anasan, müqəddəssən,
O müqəddəslər anası
Zəhraya tapşırdım səni…

Salıb məni yanar oda,
Vaxtsız gedirsən dünyadan.
Əzrayıl kəsib qapını,
Vaxt çatırsa, verməz aman,
Gəl, əzizim, tapşırdım
Rəhm edən Allaha səni.

İmtina etdin hamıdan,
Qalmağına yoxdur güman.
Gülüm, halal eylə məni,
Sinəm üstə yatan balam
Nakam getdi bu dünyadan.
Balam, halal eylə məni,
Gülüm, halal eylə məni.

Kərbəlayı Maşallahın altı övladı olub. El şairi ailəsində mehriban bir mühit yaratmışdı. Xalasının yerinə bu evə ikinci qadın nəfəsi gətirən Gülavaz xanım da Rəhilə xanım haqqında hörmət və ehtiramla danışırdı. Kərbəlayı Maşallahın övladları texnika təmiri ilə məş­ğul­durlar. Bu sənətə məhəbbət atalarından keçib. Kərbəlayı Maşallah ağır texnikalar idarə etmiş, təqaüd yaşınadək yol təmiri ilə məşğul olmuşdur. El şairinin türkaçərə məsləhətləri ayrı-ayrı kitablarda, qəzet və jurnallarda yer alsa da, onun şeirləri diqqətdən kənarda qalmış, ayrıca toplu halında nəşr olunmamışdır.

 

Kərbəlayı Maşallahın məsləhətlərindən:

Kəkotu təzyiqi nizamlayır, amma təzyiqin əlacı deyil. Baxır, təzyiq nədən yaranır: qüvvəli yeməkdən, soyuqdan, həyəcandan, yor­ğun­luqdan, ya əsəbdən?! Bəlkə böyrəklərdə problem var? Bəlkə han­sı­sa müalicə əhəmiyyətli dərman əks təsir edib təzyiqi qaldırır? Böy­rək problemi varsa (duz, kristal və s.), sadə bir müalicə üsulu deyim: Siz itburnu toxumlarının (gilliyin) çayını dəmləyib için. Gilliyin dəm­lən­məsi iki cürdür. Birincisi, kəskin təzyiqi aşağı salır, yəni bir ovuc gilliyi yuyub təmizləyir, çaydana tökür, ocağın üzərinə qoyub qayna­dır­sınız. İkincisi tənzimləyicidir, yəni çayla, kəkotu ilə birlikdə çay­da­na atıb dəmləyirsiniz (bu zaman qaynadılmır, sadəcə, dəmləndirilir). İkinci variantı müntəzəm tətbiq etmək olar. Gillik həm də böyrəkdən duzu və kristalı təmizləyir, sidikqovucudur, qanduraldıcıdır, yəni qara ciyərə, böyrəyə və digər orqanlara da xeyiri var. Təzyiq müntəzəm ölçül­məklə bu cür “çay” içilməlidir, çünki təzyiqi kəskin şəkildə aşağı salır.

Cəfərinin müalicə əhəmiyyəti böyükdür. Xüsusən, böyrəklərdə daş olanda çoxlu cəfərinin yeyilməsi məsləhətdir. Vəziyyək kəskin şə­kil alıbsa, cəfərini sıxıb suyunu da içmək olar. Yaxşı olar ki, cəfəri çay kimi dəmlənib içilsin. Belə olduqda böyrək, sidik kisəsi, sidik yolları, prostat təmizlənir. Cəfərinin dəmləməsi tez-tez sidiyə getmənin qarşı­sını alır.

Balqabağın da müalikcə əhəmiyyəti çoxdur. Biz tərəflərdə bal­qabağa boranı deyirlər. Boranını dilimləyib kompotunu hazırlayır və yatmamışdan qabaq içirlər, səhər isə onun lətini yeyirlər. Boranının şirəsi də qara ciyərin, böyrəyin, sidik yollarının daşdan və duzdan təmiz­lənməsində əvəzsiz məlhəmdir. Ağ boranını qaynadıb yedikdə, küzünü, kətəsini müntəzəm qəbul etdikdə cins fəaliyyət tənzimlənir, hətta kişilərdə ölmüş cinsi fəaliyyət bərpa olunur. Boranı plovunun və boranı qəlyəsinin daha gücləndirici təsiri var.

Yaşlı kişilərin prostat problemi zamanı yuxarıdakı məlhəmlər əvəz­­sizdir. Nanə, dəfnə yarpağı və kəkotu ilə dəmlənmiş çay ürəyin fəa­liy­­yətinə yaxşı təsir göstərir. Bu zaman dəmlənmiş çaya limon da əlavə etmək olar. Təzyiq olduqda itburnu toxumunu da dəmlənmiş ça­ya əla­və etmək məsləhətdir. Təzyiq aşağı olduqda isə itburnu toxu­mu çayın men­­yusundan çıxarılmalıdır. Bu məlhəm həm də qandu­ral­dıcı və sidik­qo­­vucudur, buna görə də müntəzəm nanə və dəfnə yarpağı ilə dəm­lən­miş çay içən adamlar qanın müxtəlif səbəblərdən laxtalan­ma­sından xi­las olur. Bir sözlə, infarct, insult və sair xəstəliklər onlar­dan qaçaq düşür.

Yaşlı adamlara daha bir məsləhət: Əllini, altmışı haqlamış adamların cinsi fəaliyyətlərini azaltması məsləhət deyil. Bu zaman orqa­nizmin güclü qida məhsulları ilə topladığı enerji zəif nöqtələrə fəsadlı şəkildə təsir göstərməklə üzə çıxır. Buna görə də cinsi fəaliy­yətin davam etdirilməsi orqanizmin fəaliyyətini tənzimləyir. Bu zaman ürək daha dözümlü olsun deyə, qüvvəverici qidalardan istifadə olun­ma­lıdır. Səhərlər bir-iki qaşıq arı şanını nanəli çayla qəbul etmək məs­lə­hətdir. Kişilərdə ürək zəifliyini aradan qaldıran daha bir məl­həm arpa çayıdır. Bir ovuc arpa təmiz yuyulur və çay kimi dəmlədilir. Bir müddət qəbul edilən bu ətirli arpa çayı ürəyə inanılmaz qüvvə verir. Unutmayın, bu həmin arpadır ki, onu qaynadıb pivə alırlar. Pivənin isə qan dövranındakı rolu hamıya bəllidir.

 

 

 

137 baxılıb
Paylaş
mersin escort