“Bu dunyada heç bir qadın ərinin ad gününə belə sürpriz edə bilməzdi…Sənin gedişin kimi…” – Xatirə Xatun yazır

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Tanıdım, tanımadım, cavan birinin, həm də qəfildən dünyasını dəyişməsi xəbəri mənə çox pis təsir edir…

Səbinənin dünən aldığım qəfil ölüm xəbəri kimi…
Bu sakit təbiətli, xoş simalı, daim gözlərindən gülən qızın qəfil ölümü onu tanıyan, tanımayan hər kəsi şoka saldı…
Lənkəran xarici dillər təmayüllü gimnaziyanın müəllimi idi Səbinə…
Cəmi 34 il yaşadı…yox, hələ onun da tamamina düz bir ay qalirdi…
Üç bacının ortancıli idi…12 yasinda atası dünyasını dəyişmişdi….
Anası bu üç qızı təkbaşına böyüdüb təhsil vermişdi…Təəssuf ki, onu da -rayonda və onun ətrafında hələ də adi yaddaşlarda qalan Şamməd Əsgərovun qizi doktor Südabə xanımi da üç il bundan əvvəl itirmişdilər və bu üç bacı -Anara, Səbinə və Sona bir-birinə sığınaraq anasizligin acısının ovutmaga çalışırdılar ki…amansız fələk gəlib bu dəfə də Səbinəni götürüb apardı…Tale ona ana olmaq səadəti nəsib etməmişdi, amma bacılarına ana qədər şəfqətli və istiqanlı idi…Bəlkə elə bu səbəbdəndi ki kiçik bacı olan Sona onun haqqında yana-yana danışır.Daha iki gün əvvəlki vatsap mesajlaşmalarindan, sanki o gecənin sabahını gorməyəcəyi içinə dammış kimi gecə 1-dən keçənə qədər yazışmalarindan, səhər ad gunu olacaq ömür-gun yoldaşına edəcəyi sürprizdən və…ona ünvanlanan son vatsap statusundan…Sözünü kəsmədən dinləyirəm və o an bir daha dərindən dərk edirəm ki, ölüm dedikləri o nəsnə doğrudan da qaşla gözün arasından yaxın, nəfəs dedikləri o qonaq kimi hər an sonuncu ola biləcək qədər etibarsız imiş…
Nur içində yat, gözlərindən gülən gəlin…Və inan ki bu dunyada heç bir qadın ərinin ad gününə belə sürpriz edə bilməzdi…Sənin gedişin kimi…
Xatirə Xatun, şair publisist
22 iyul, 2020
Müstəqil.Az
355 baxılıb
Paylaş
mersin escort