Azərbaycanlılar Madriddə ermənilərə qarşı etiraz aksiyası keçirdilər – FOTO

 

İyulun 21 İspaniyanın Madrid şəhərində Ermənistan səfirliyi önündə İspaniya Azərbaycanlılar birliyinin təsisçisi Vahid imanov və İspaniya Azərbaycanlılarının kordinasiya şurasının sədri Yaqut Novruzovanın təşəbbüsü ilə etiraz aksiyası keçirildi.
Erməni təxribatçıları vətəndaşlarımızı təxribata şövq etdirsə də mubariz vətənpərvər insanlar soyuqqanlıqla düşməni susdura bildilər..İspaniya polisinin təkidi ilə təxribat törədən ermənilər ərazidən uzaqlaşdırıldı.
Aksiyada İspaniya Azərbaycanlılar birliyinin sədri Vahid imanov(Burqos vilayeti),İspaniya Azərbaycanlılarının kordinasiya şurasının sədri Yaqut Novruzova(Sevilya)Yeni yazarlar və sənətçilər ictimai birliyinin avropa təmsilçisi, şair Səfa Rəşid(Santander şəhəri),Valensia Azərbaycanlıları cəmiyyətinin sədri Mubariz ibrahimov(Valensia şəhəri),İspaniya Azərbaycan Mədəniyyət və Ticarət asiosasiyası sədri Fərid Mustafayev ,ispaniyanın Torlavega şəhərində Qarabağ idman klubu yaradan Şamo Eyvazov, fəallardan -,Cəmil Quliyev,Seva Novruzova və digər bölglərdən, eləcə də madrid və Barselonadan təhsil alan tələbələr də iştirak etmişdir.
Tədbirin sonunda bəyanat oxunmuş, şəhidlərin ruhunu bir dəqiqəlik sukutla yad etmişlər.
Müstəqil.Az
Sin descripción disponible.
Sin descripción disponible.
Sin descripción disponible.
Sin descripción disponible.
Sin descripción disponible.
Share: