Sıravi əsgərinin dalında gizlənən, fərariliyi şərəf bilən erməni generalın hardan tapaq?

Husame Bin Serxan

Əslində nələr baş verdiyini anlamaq elə də çətin deyil. Yetər ki, Prezident-Ordu-Xalq birliyinə dırnaqarası yanaşmayaq. Anlamağımızda fayda var:

1. Atəşkəsin pozulması, qarşıdurmanın pik həddə çatdırılması Dövlət Başçısının bütün sferalarda həyata keçirdiyi islahatlarla bağlıdır və Paşınyan-Əli Kərimli-şərti olaraq daxili düşmən hesab etdiyimiz güclərin “əzələ göstərmək” cəhdidir. Düşmənimiz olan ” 7 başlı əjdaha”nın başları can əlləşdirir və bir-birini yeyərək sıradan çıxarır. Çox az qalıb, sadəcə səbirli olmaq, düşünülməmiş addımlarla düşmən dəyirmanına su tökmək lazım deyil.

2. Bütün erməni camiəsi,-başda avantürüst daşnaklar, Paşinyan olmaqla-həm beynəlxalq hüquq normaları çərçivəsində, həm Dövlət Başçımızın qətiyyət və intellekti qarşlsında uduzduqlarını bilirlər. Tək ümidləri ölkəmizdəki münbit demokratık şəraitdən yararlanan “əjdaha”nın son başıdır ki, inişallah, o da vurularaq Xalqın ayaqları altına atılacaq.

3. Generalımız şəhid olub, bunu erməni sıravi əsgərinin ölümü ilə müqayisə etmək doğru olmaz deyə, hay-küy qoparan vətənpərvərlərin nəzərinə: sıravi əsgərinin dalında gizlənən, fərariliyi şərəf bilən erməni generalın hardan tapacaqsız? Bu gün bəziləri müharibəni fürsət bilib Milli Məclisə soxulur, bəziləri dövlət strukturlarında yarana biləcək boşluqlardan yararlanmaq istədiyindən, hər cür xəyanətə köklənib; çünki belələri üçün Dövlət, Vətən və Xalq anlayışı, saxta pensiya, ünvanlı yardım, narkotika alveri, qaçaqmalçılıq və sair kimi şərəfsiz əməllər olan yerdə öz mahiyyətin itirir.

4. Bütün obyektiv və qeyri-obyektiv incikliklər unudulmalı, Millət və Dövlət tək yumruq olmalıdır. Elə edəyin ki, Millətə görə Dövlət, Dövlətə görə Millət utanmasın. Hər kəsi Prezidentimuzin və Ordumuzun ətrafında birləşməyə çağırıram. Yaşasın Azərbaycan Xalqı! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan Prezidenti!

Hüsəma

Share: