Tovuz təxribatı: Kremlin dediklərinə diqqət edin – Qobl

Dünən Tovuzda yaşanan olayın xüsusi bir səbəbdən baş verdiyini düşünmürəm.

Bu sözləri Axar.az-a ABŞ Dövlət katibinin keçmiş müşaviri Pol Qobl ermənilərin Tovuz istiqamətində təxribatını şərh edərkən deyib. Ekspertin sözlərinə görə, bunu xüsusi bir hadisə ilə əlaqələndirilmək əvəzinə daha çox tərəflərdən birinin digərinin reaksiyasını yoxlamaq cəhdi kimi qiymətləndirmək lazımdır:

“İndi mühüm olan hər kəsin baş verənlərə necə reaksiya verəcəyidir. Əgər istər Bakı, istərsə də İrəvan Moskvanın mövqeyini dəyişdiyinə dair nəticə çıxarsa, vəziyyət ya tez sakitləşəcək, ya da bir neçə il əvvəl gördüyümüz toqquşmalar səviyyəsinə yüksələcək”.

Qoblun sözlərinə görə, bu məsələdə əsas diqqət ediləsi məqam Türkiyənin deyil, Moskvanın dedikləridir.
Rəfiqə Əlisəfa

Share: