Mehriban Əliyeva: “Qarabağı mütləq qaytaracağıq…”

“Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır”.

Müstəqil.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün sosial şəbəkə hesabında yazıb.

Mehriban Əliyeva fikirlərini Azərbaycanın əsgər və zabitlərinə ünvanladığı xoş sözlərlə davam etdirib:

“Doğrudan da Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid övladlar böyüdüblər. Belə xalqla, belə əsgərlərlə, zabitlərlə, belə qardaşlarla biz Qarabağı mütləq qaytaracağıq! Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq!”

Müstəqil.Az

Share: