TƏHLÜKƏSİZLİK ŞURASININ İCLASINDAN ÇIXAN İLKİN NƏTİCƏLƏR

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Əkbər QOŞALI yazdı

 Azərbaycan Respublikası Prezidentin yanında məşvərətçi orqan olan, müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunması, vətən­daşlarımızın hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlərin müzakirəsini həyata keçirən Təhlükəsizlik Şurasının iclasının keçirilməsi özlyündə bir hadisədir. Orada verilən prinsipial ismarınclar, dövlət başçımızın öncəbhənin Tovuz iqtiqamətində baş verən hadisələrə hansı həssasiyyətlə yanaşmasının yüksək təcallasıdır. Yanlış xatırlamıramsa, Təhlükəsizlik Şurasının bundan öncəki iclası 2017-ci ilin fevralında keçirilmişdi.

Beləliklə, Təhlükəsizlik Şurası iclasının ictimaiyyətə açıq hissəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli nitqi, hansı qənaətləri, müəy­yənlikləri hasil edir, hansı təsirlərə malikdir? –

İlk növbədə, hadisə məhz Ermənistanın növbəti təxribatıdır, baş verənlərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Və sərhəddə gərgin vəziyyət hələ başa çatmayıb, deməli, hamımız ayıq-sayıq, xlaq-ordu, xalq-dövlət birliyini mütəşəkkil forma və məzmunda davam və inkişaf etdirməliyik;

İkincisi, 12-13 iyulda Tovuzda baş verənlər, Ermənistanın Azərbaycanın dövlət sərhəddi boyunca törətdiyi ilk hərbi təxribat deyil. Deməli, “son təxribat”dır da deyə bilmərik və öz qətiy­yətimizi, prinsipiallığımızı o həddə çatdırmalıyıq ki, düşmən növbəti təxribatlara cəsarət etməsin. Burada, söhbət bizim hər birimizidən gedir – cəmiyyətdə tutduğu mövqedən, daşıdığı vəzifədən, təhsilindən, yaşından və s. asılı olmayaraq, hər birimiz bir can olmalıyıq;

Üçüncüsü, son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində Azərbaycan hərbçiləri, mülki şəxslər həlak olub; düşmənin 12 iyulda Azərbaycan hərbi bölmələrinin Tovuzdakı postuna qəfil artilleriya atəşi açması nəticəsində yenə hərbçilərimiz həlak olub, yaralılarımız var və əlbəttə, biz, dövlət olaraq, xalq olaraq, yalnız itkilərin statistikasını aparmırıq, daha artıq dərəcədə cavab tədbirləri hazırlayır və həyata keçiririk;

Dördüncüsü, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğrayıb, Azərbaycan öz dövlət sərhədini qoruyub – cənab Prezidentin sözləri ilə desək, Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər və düşmənin bu təxribatının qarşısı qətiyyətlə alınıb, düşmənə adekvat cavab verilib. –

Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq.

Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq. Düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi”;

Beşincisi, belə hadisələr məhz Ermənistan rəhbərliyinin ikiüzlü, riyakar, beynəlxalq icti­maiyyəti çaşdırmağa xidmət edən fəaliyyətlərinə görə baş verir. – Cənab Prezidentin öz sözləri ilə desək: “Ermənistan bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir; digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur”.

Altıncısı, zamanlama və məkanlama baxımından Ermənistanın hansı məkrli niyyəti güddüyü apaçıq ortadadır: dünya birliyinin başı koronavirusla bağlı qatışıqdır – bu bir tərəfdən, digər tərəfdənsə, diqqəti Qarabağdan yayındırmaq, üçüncü ölkəni (yaxud qüvvələri) prosesə cəlb etmək cəhdi özünü göstərir. Başqa bir nüans, Ermənistanın daxili siyasəti ilə bağlıdır. – Hal-hazırda özünün növbəti təbəddülatlı, çalxan­tılı dövrünü yaşayan Ermənistanda, “nə, nə vaxt, harda və necə?” suallarına cavab verən tapılmır. – Belə olunca, “Tovuz isnidenti” Paşinyanın işinə ya­rayacaq deyə düşünürlər və əlbəttə, yanılırlar;

Yeddincisi, Azərbaycanın son illər və aylar boyunca əldə etdiyi ardıcıl beynəlxalq uğurlar Ermənistanı, eləcə də, ermənipərəst dairələri ciddi şəkildə tədirgin edib…

 

Əlbəttə, bu sıralamanı artırmaq mümkündür, başqa müşahidəçilər, ekspertlər başqa fərləndirmələr edə, ayrı nəticələr çıxara bilərlər. Ancaq bütün hallarda, dəyişməyən bir nəticə var: Azərbaycan illər öncəki Azərbaycan deyil və heç kim bizimlə istədiyi kimi davrana bilməz! Azərbaycan dövləti öz siyasətini yalnız bir istiqmətdə qurmur – ordu quruculuğuna xüsusi fikir verən dövlətimiz, həqiqətlərimizin beynəlxalq miqyasda gərəkən səviyyədə tirajlanması, yeni dostlar qazanmamız üçün də geniş iş aparıb və aparır. Başqa sahələrdəki yeniliklər, başarılar da öz yerində… – Bütün bunlar, haqq işimizin zəfərə yetişməsi üçün münbit ortamın yaradılmasına xidmət edir.

Biz qalib gələcəyik!

Dövlətimizi zaval görməsin!

Bayrağımız uca olsun!

 

 

 

142 baxılıb
Shares
mersin escort