Məşhur türk aparıcıdan Bakıya dəstək – Video

Türkiyənin ən məşhur radio aparıcısı Əli Şəntürk öz canlı efirində Azərbaycana dəstək ifadə edib.

Müstəqil.Az Hit.az-a istinadən xəbər verir ki, “Afrikalı Ali” təxəllüsüylə məşhur olan aparıcı dəstək bəyanatının ardından radioda müğənni Azərinin “Çırpınırdı Qara Dəniz” mahnısını səsləndirilib.

“Azərbaycan 4 şəhid verib. 4 azərbaycanlı qardaşımız haqqın rəhmətinə qovuşub. Erməni tərəfindən ölənlərin sayı daha çoxdur. Ürəyi əsgərlərimizlə döyünən hər kəsə sevgilər və salamlar. Qardaş Türkiyə Azərbaycanın yanındadır”, – deyən Əli Şəntürk şəhidlərimizə də Allahdan rəhmət diləməyi unutmayıb.

Müstəqil.Az

Share: