Çarəsizliyin tikəsi – Elnur NƏHMƏTin yeni hekayəsi

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

1988-ci ilin soyuq fevral günlərində Cavadzadə adına Uroloji xəstəxanaya böyrək ağrısıyla qıvrılan gözəl, xəstə bir qadın gətirdilər. Xəstə o qədər gözəl idi ki, palatadakı bütün qadınlar – tibb bacısı Şərqiyyə, xidmətçilər Leyla və Bella, yataqdan qalxmağa çalışan Tamella bir anlığa paxıllıq hissi ilə alışıb yanmağa başladılar.

Palatanın ən çirkini Zaira gözlərini güclə açıb yerindən qalxdı, çəkələklərini sürüyə-sürüyə yeni sakinin başının üstünü kəsdirdi. Nifrətlə onun süzüb sual verməyə başladı:
– Adın nədi, qız?
– Solmaz.
– Nə zırıldıyısan, xəstəliyin nədi?
Solmaz indi ağrını unudub qorxudan əsməyə başlamışdı. Kobud səsli, qara sifətli, bu bığlı qadın həyatı boyunca gördüyü ən eybəcər insan idi. Zaira danışdıqca ənglərindən su axır, ağzında olan bircə dişi görünürdü. Bunlar Solmazın ürəyini bulandırsa da, səbirli olmağa çalışdı. Başqa əlacı da yox idi, çünki bütün fikri ağrı olan nahiyəsində qalmışdı. İki həftə əvvəl bədənindəki ağrıya görə həkimə getmiş, həkim də ona böyrək sallanması diaqnozunu qoymuşdu. İndi bu xəstəxanada onu cərrahiyyə əməliyyatı gözləyirdi.
Solmaz həyəcanlı səslə xəstəlik səbəbini Zairaya dedi. Bunu eşitcək Zairanın gözləri hədəqəsindən çıxdı. Ağzı köpüklənə-köpüklənə səsini başına atdı:
– Ax, siz azərbaycanlılar var ha.. ay qancıq, ay həyasız, iki boçkamın ikisi də sıradan çıxıb e. Nə var ki orda, böyrəklərin ki sağlamdı!
Kənardan söhbətə qulaq asan Bella Zairaya əsəbiləşdi:
– Axçi, cəhənnəm ol, yerinə uzan. İlanlığından əl çək! Yenə başladın!?Tamella yazıq canını səndən güclə qurtarıb.
Zaira mızıldanaraq kobud ifadə işlətdi, sonra isə iyrənc vücudunu palatanın qapısına tərəf sürüdü.
Söhbəti izləyən palatadakı ən yaşlı qadın – Tatar qızı Leyla asta addımlarla irəli gəldi, döşəmə sildiyi taxtanı küncə qoyub yeni qonağın əllərindən tutdu:
-Mənim gözəl qızım, eybi yoxdur. Zaira həmişə belədir. Düz altı aydır, burdadır. Fikir vermə. Odey, Bella onu lap yaxşı tanıyır. Bella, qızım, yaxın gəl.
Bella ortayaşlı erməni qadını idi. Zaira ilə bir vaxtda Yerevandan Bakıya köçmüşdülər. Hətta təsadüfdən şəhərin eyni məhəlləsində yaşayırdılar. O da Leyla kimi burada xidmətçi işləyirdi. Xəstəxanadakı bütün xəstələrin qayğısına qalırdı.
Bella Zairanın qapıdan çıxmasını gözləyib danışmağa başladı:
– Atamla anam uzun illər övlad üzünə həsrət qalıbmış. Ermənistanda ziyarət etmədikləri kilsə qalmayıb. Axırda sizin məscidə gəlib dua edəndən sonra mən doğulmuşam. O gündən bütün qohumlarımız sizin dinə inanır, insanlarınıza yaxşı baxır.
Amma biz ermənilər iki cürük…
Bella Zairanın içəri keçdiyini görüb susdu. Palatanın içərisinə vahiməli səssizlik çökdü. Zaira ləngər vura- vura yenə də Solmazın başı üzərində dayandı:
– Siz ermənilərdən öz oğullarınıza qız alırsız, amma erməniyə qız vermirsiz. İfritə…
Belə bəsit düşünən bir qadının fikirləri Solmazın həyəcanını daha da artırdı. O, hələ də nə baş verdiyini kəsdirə bilmirdi.
Elə bu an palataya girən tibb bacısı Şərqiyyə Zairanın son sözlərini eşitdi, üzünə təbəssüm qondu. Onun qolundan tutub pəncərəyə tərəf dartdı:
– Zaira, sən aşağıdakı adamı tanıyırsan?
Zaira gözünü aşağı zilləyib xəstəxananın anbarı tərəfdə yük maşınından oğrun-oğrun nəsə daşıyan adamı tanımağa çalışdı:
– Ağız, bu bizim Amaverdir da!
Şərqiyyə xanım yenə də gülümsədi:
– Bax, Zaira, sənin erməni qardaşın Amaver xəstəxanaya verilən təzə adyalları öz maşınına yığır. Bir azdan köhnə adyalları bizə təhvil verəcək. Heç vaxt oğurluq etdiyini boynuna almır. Biz azərbaycanlılar da sizə ona görə qız vermirik ki, kişiləriniz oğrudur.
Deyilənlər erməni qadına əsla təsir etmirdi. O, çarpayısına yaxınlaşıb uzandı. Yorğanı başına çəkdi.
Bella sakitlikdən istifadə edib bir az əvvəl başladığı söhbəti davam etdirməyə başladı:
– Keçmişdə bir şah ona yaxşılıq etmiş erməni və azərbaycanlını yanına çağırtdırıb deyir: “Məndən bir şey istəyin, istəyəcəyiniz şeyin iki qatını qonşunuza verəcəm. Buyurun, xahişinizi edin”. Azərbaycanlı şahdan bir at istəyir. Şah bir at ona, ikisini də qonşusuna verir. Növbə erməniyə çatanda o, bir gün möhlət istəyir. Səhəri gün gəlib şaha deyir ki, qibleyi-aləm, əmr edin, bir gözümü çıxartsınlar. Bax bizim bu Zaira da həmin ermənilərdəndir.
Palataya bir anlıq sükut çökdü. Zairanın yatağı cırıldadı. Başını yorğanın altından çıxarıb xırıltılı səslə:
– Biz nə qədər çalışsaq da, sizin kimi ağıllı ola bilmirik. Bizim geridə qalmağımız səbəbi də sizsiniz. Elə bu acığa da iki oğluma sizin qızlardan almışam,- deyib susdu.
 
Növbəti gün Solmaz əməliyyat olundu. Tez-tez otağa girib onu tək qoymayan Leyla xala şirin söhbətləri ilə onu darıxmağa qoymurdu. Gecələr səksəkə içərisində ayılıb Zairanı pəncərə ağzında dayandığını görən Solmaz artıq iki həftə idi ki, bu cansıxıcı palatada müalicə olunurdu. Leyla xalanın dünən danışdığı məsələ Solmazı daha çox qayğılandırmışdı. O, televizorda eşitmişdi ki, erməni alimlərdən biri hansısa iclasda
 
 
 
Qarabağın Ermənistana verilməsi tələbilə çıxış edərək bütün erməniləri ona dəstək olmağa çağırıb. Leyla xala əlavə etmişdi ki, əgər siz azərbaycanlılar söhbətin üstünə düşməsəz, böyük faciələr görəcəksiniz.
Solmaz bu sözləri onu daim ziyarət edən həyat yoldaşına, qardaşına desə də, ona əhəmiyyət verməmiş, boş söhbətlərdir,- deyib narahat olmamağa çağırmışdılar.
 
Solmaz üç nəfərlik palatada 15 gün idi, qorxa-qorxa yaşayırdı. Tamellanın arıq vücuduna, qorxu dolu gözlərinə baxa bilmirdi. Zaira həm ona, həm Tamellaya qarşı daim hörmətsizlik edirdi.
Solmaz fevral ayının 21-də xəstəxanadan buraxılmalı idi. Neçə gün idi, otaqdakı əcaib məxluqdan qurtulacağı saatları sayırdı. Evə buraxılacağı günün gecəsi o, Leyla xaladan xahiş etdi ki, palatada qalsın.
Tatar qızının da ürəyinə dammışdı ki, Zaira hansı yol olursa olsun bu günahsız qıza xətər yetirəcək. Çünki vaxtilə Tamella da Zairanın qurbanına çevrilmişdi. Leyla xala bu səbəbdən Solmazın xəstəxanadakı son günündə onun yanında gecələməyə razı oldu.
 
Erməni nifrətinə bələd olan tatar qadın gecəyarı Zairanın yatağından qalxmasını hiss etdi. O, əlindəki balışla Solmaza tərəf yaxınlaşırdı. Leyla xala Zairanın balışla boğmağa çalışdığı Solmazı güclə xilas edə bildi.
Növbəti gün – fevral ayının 22-də Solmaz artıq evlərindəydi. Amma Zairanın övladları həmin gün Qarabağda Əli və Bəxtiyar adlı iki gənci amansızlıqla qətlə yetirmişdi.
205 baxılıb
Shares
mersin escort