“Qurban Abbasov” kran-montaj gəmisinin heyət üzvləri koronaya yoluxdu

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə məxsus “Qurban Abbasov” kran-montaj gəmisinin 19 heyət üzvünün COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Müstəqil.Az Axar.az-a istinad edərək xəbər verir ki, Xəzər dənizində neft buruqlarının tikintisi üzrə ixtisaslaşmış gəmidə işçilərin bəzilərinin bədəninin temperaturu yüksəlib və bundan sonra bütün heyət üzvlərindən koronavirus üçün yaxma nümunələri götürülüb.

Məlum olub ki, 35 heyət üzvündən 19-u koronavirusa yoluxub.

Xəstələr Bakı Atletlər kəndində müalicəyə cəlb olunublar.

Vəziyyəti nisbətən ağır olan dənizçilər isə Cəlilabad və Astara Rayon Mərkəzi Xəstəxanalarına göndəriliblər.

***

“Qurban Abbasov” kran-montaj gəmisində yoluxan heyət Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə aid deyil.

Bunu Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib.

“Gəmi ASCO-ya aid olsa da, alyans müqaviləsi çərçivəsində uzunmüddətli “Caspian Marine Services” (CMS) şirkətinə icarəyə verilib. Həyət də həmin şirkətə aiddir. Bir daha bu xəstəliklə mübarizə aparan insanlara yastıqları yüngül olsun deyirik”, – o bildirib.

Müstəqil.Az

Share: