Qazaxdakı qəzada xəsarət alanların şəxsiyyəti bəlli oldu – YENİLƏNİB

Qazax rayonunun Yuxarı Salahlı kəndində “Opel” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Müstəqil.Az-ın yerli bürosunun məlumatına görə, qəza zamanı 1991 ci il təvəllüdlü Məmmədov Anar və 1985 ci il təvəllüdlü Novruzlu Rahim xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyəti ağır olduğundan Gəncədə yerləşən özəl xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

16:58

Qazax rayonunun Yuxarı Salahlı kəndində “Opel” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.

Müstəqil.Az  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Share: