Ərdoğanın bu açıqlaması müsəlman aləmində əks-səda yaradacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofya ilə bağlı tarixi qərarı açıqlayarkən söylədiyi cümlələr dünya mediasında əks-səda yaradıb.

Publika.az xəbər verir ki, Türkiyə lideri çıxışında əvvəlcə “Bu gün Ayasofya dəfələrlə şahidi olduğu yenidən dirilmələrindən birini yaşayır” deyib.

Ardınca “Ayasofyanın dirilməsi Əqsa məscidinin (Qüds) azadlığa qovuşmasının müjdəçisidir. Müsəlmanların durğunluq dövründən çıxış iradəsinin ayaq səsidir”, – deyə Ərdoğan bildirib.

Ərdoğanın bu tarixi qərarla dünya müsəlmanlarına məxsusi mesaj yolladığı deyilir.

Müstəqil.Az

Share: