ATƏT-in Minsk qrupunun həmsədrlərinin səmərəsiz vasitəçiliyi

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Qarabağ münaqişəsinin həlli prosesi nə üçün “dalan”a dirənib? Danışıqlar nəyə görə nəticəsiz qalır? Bu gün bu suallar hər bir azərbaycanlını düşündürən suallardır. Və məhz bu suallara cavab axtarışı fonunda baş tutan Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı sonuncu görüşü də bütün əvvəlki görüşlər kimi nəticəsiz qaldı. Bu görüşdən sonra həll prosesində heç bir aktivlik baş vermədi.

 

Zatən belə bir nəticə gözlənilən idi. Çünki aktivliyin hiss olunması üçün təkcə Azərbaycanın fəal diplomatiya yürütməsi və Azərbaycan Prezidenti İlham Əliyevin danışıqlar prosesində konstruktiv mövqe tutması yetərli deyil. Təktərəfli konstruktivlik gözlənilən nəticəni verə bilməz. Burada əks tərəfin – işğalçı Ermənistanın da eyni konsruktivliyi nümayiş etdirməsi olduqca vacibdir. Paşinyan sülh danışıqlarının davam etdirilməsinə sözdə sadiqlik göstərib, realda isə imitasiya etməklə məşğul olacaqsa və eyni zamanda danışıqlar prosesinə zərbə vuran pozucu addımlar atmağa davam edəcəksə, sözsüz ki, münaqişənin həlli istiqamətində heç bir müsbət dəyişiklik baş verməyəcək.

Biz bu gün Ermənistan hakimiyyətinin davranışında hansı tendensiyanı müşahidə edirik? Görünən budur ki, rəsmi İrəvan münaqişənin həllində yox, status-kvonun qorunub saxlanmasında maraqlıdır. Bu isə Azərbaycanı əsla qane edə bilməz. Ermənistan tərəfindən atəşkəs rejiminin tez-tez pozulması və Azərbaycan sərhədlərində mütəmadi olaraq təxribatların törədilməsi sülhə deyil, işğalçı siyasətin davam etdirilməsinə xidmət edir. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin səmərəsiz vasitəçiliyi və seyrçi mövqeyi də tərəflər arasında sülhün əldə edilməsinə və işğala son qoyulmasına ciddi şəkildə mane olur. Vasitəçilər sanki bir-birilə öncədən razılaşıbmış kimi eyni mövqedən çıxış edərək, zaman-zaman Ermənistanın danışıqlar prosesinin pozulmasına yönəlmiş addımlarına həmişə göz yumublar. Onlar sadəcə görüntü, fon yaratmağa çalışırlar. Cənab prezident də Azərbaycan televiziyalarına verdiyi müsahibədə bu məsələyə toxundu və qeyd etdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri gah nala, gah da mıxa vurmaqla məşğuldurlar. Nə qədər acı olsa da, bu doğrudan da belədir.

Məhz vasitəçilərin qeyri-prinsipial və müəmmalı davranışı işğalçı Ermənistanın daha da ürəklənməsinə və aqressiv siyasət yürütməsinə stimul verir, şərait yaradır. Əgər vasitəçilər işğalçı tərəfə heç bir hüquqi, siyasi və psixoloji təzyiqlər göstərmirsə və ona qarşı sanksiyalar tətbiq etmirsə, təbii ki, danışıqlar prosesindən hər hansı bir müsbət nəticə gözləməyə dəyməz. Odur ki, artıq Azərbaycan ictimai rəyində bu səpkidə effektsiz, nəticəsiz görüşlərin davam etdirilməsinə ehtiyacın olmaması qənaəti formalaşıb və Prezident İlham Əliyev də danışıqların nəticəsiz olduğunu birmənalı şəkildə vurğuladı. İndi Paşinyan iqtidarı da, ATƏT-in Minsk qrupunun həmsədrləri də özlərində məsuliyyət hiss etsinlər və bundan sonra imitasiya etmək, görüntü yaratmaq taktikasının artıq işləməyəcəyini nəhayət ki, anlasınlar. Azərbaycanın güzəştlər limiti və səbri tükənmək üzrədir.

Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

205 baxılıb
Shares
mersin escort