Aritimiya – Qəşəm NƏCƏFZADƏ

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Yazıçı Rafiq Tağının ölümünün ildönümünə

Rafiq Tağı ayıdı bu ay. Noyabrın 19-u onun bıçaqlandığı gündü. Özü də harda, Bakı Şəhər Baş Polis İdarəsinin düz yanında… İşdən qayıdanda… Həyat yoldaşı deyir, mən daha liftin pulunu verməyəcəm. Rafiq bıçaqlanan günü lift işləməyib. O, beşinci mərtəbəyə qanı tökülə-tökülə qalxıb.
Rafiq Tağı əməlyyat gününün səhəri-intensiv müalicə otağından deyir: Gördüm arxadan kimsə qaça-qaça üstümə gəlir. Mənə çatan kimi bıçaqla sinəmə, kürəyimə, qarnıma vurmağa başladı. Qatil təngnəfəs idi. Hiss edirdim ki, təcürbəsizdi, ilk dəfə ki, adam oldürür”

Axırıncı cümlə düz bir ildir ki, məni həm düşündürüb, həm də yandırıb. Ölümünü də Rafiq Tağı yazıçı kimi düşünür və qəbul edirdi. Rafiq Tağı bu sözləri deyəndən bir gün sonra palatada keçinəcəkdi.

Reanimasiya otağına doluşan adamların səsi-küyü, dediklər sözlər hələ də qulağımdadı. Görəsən onları reanimasiya otağına kim buraxmışdı, niyə buraxmışdı? Bəlkə də bu, düşünülmüş bir addım idi. Rafiq Tağıdan sörusurdular, səni kim vurdu, kimdən şübhələnirsən? Rafiq Tağı barmaqlarını qatlayıb beş dəfə saydi, yəni mənə beş biçaq vurublar. Sonra isə kimdən şübhələndiyini dedi. Gərək Rafiqə o sualı verməyəydilər və gərək Rafiq də o sözü deməyəydi. Adamları da qınamıram, hamı ürəyində ağlayırdı. Amma həkimlər heç vaxt ağlamırlar, gərək həkimlər kənar adamları reanimasiya otağına buraxmayaydılar.

Bir gun sonra Əsəd Cahangirlə Rafiq Tağının yanına getdik, palata mənə çox tanış gəldi, bir il qabaq burda qarın böşluğundan əməliyyat olunmuşdum. Rafiq Tağı yatan çarpayıda yatırdım. Əməliyyatı ağır keçmişdi, ağırlaşma vardı.
Rafiqin təbəssümü hələ də yadımdadı, Əlləri imisti idi. Hiss elədim ki, qızdırması var, mənə bu, çox tanışdı, hiss elədim ki, Rafiqin kürəkləri indi tərin içindədi.

– Rafiq bəy, necəsən?- dedim
O cavab vermək əvəzinə sual verdi:
-Boyükçöl necədi? (Oğlumu soruşdu)

Əsədlə mən otaqdan çıxandan iki saat sönra dünyasını dəyişdi Rafiq. Romanlarda deyildiyi kimi, o günü təbiət də ağlayırdı. Qatil sevinirdi.

Qatilini Rafiq Tağı özü seçmişdi.

“Gələcək qatilimə didakika dərsləri” hekayəsini, səhv etmirəmsə, iki il öncə çap etdirmişdi. Rafiq öz qatili haqqında hekayədə geniş yazmışdi. Hətta o qatilinə əziyyət verməməyi düşünür, asanlıqla özünü ona tabe edəcəyini deyirdi. Çünki qatilini o, özü yetişdirmişdi. Hekayədə deyirdi ki, qatil məni öldürəndən sonra özünü qəhrəman kimi hiss eləyəcək və hüquq-mühafizə orqanlarına məktub yazib qoyacağam ki, qatılımı bir-neçə gün tutmasınlar və qatil bir neçə gün qəhrəman kimi yaşasın.. Indi qatil bir ildən çöxdur ki, hələ tapılmayıb. Bəlkə Rafiqin belə bir məktubu olub? Əlbəttə, bu, əsərdir. Əsər olsa da, Rafiq öz ölümünü dəqiqliyinə qədər yazıb.

Yazıçı Aləmzər Sadıqqızı danışır ki, Rafiq Tağı Yazıçılar Birliyinin əleyhinə bir yazı yazmışdı. Mən də ona cavab vermişdim. Bir gün anam xəstələndi. Təcili yardıma zəng vurdum. Bilmirdim ki, Rafiq Tağı hansısa təcili yardımda həkim işləyir. Bir az keçməmiş Rafiq Tağı ağ xalatda girdi içəri. Anamı ətraflı müayinə etdi. Onun nə qədər yaxşı bir insan olduğunu dərk elədim və Rafiqə o yazını yazmağıma peşiman olduğumu dedim. O da əvəzində mənim yazımı təriflədi. Dedi ki, çox tutarlı yazmışdın, xöşuma gəldi.
Qəribə idi ki, Rafiq Tağı əleyhinə yazılan yazıların bədii keyfiyyətinə, tutarlı olmağına xüsusi fikir verirdi və hətta buna sevinirdi.

Rafiq Tağı mərhum şairimiz Böyükxan Pərvizin əvvəldən- axıra kimi müaliçə olunmasına kömək eləmişdi.

Mənim ürəyimdə aritmiya vardı. Həmişə Rafiq Tağı mənə bir dərman yazardı: kordaron.
Indi Rafiq Tağının ölümü ədəbiyyatımız üçün bir aritimiya oldu. Özü də səyrici aritimiya. Bu aritmiyaya kordaron kömək eləmir. Bunun yeganə dərmanı qayğıdı.
Rafiq Tağıya sağlığında mükafat vermədilər, ölümündən sonra adına mükafat təsis elədilər.
Yaxın vaxtlarda ürəyimdən əməliyyat olunanda dedilər ki, mənə qan vermək üçün xəstəxanaya Rafiq Tağının oğlu Asiman gəlib. Səhərdən axşama kimi xəstəxananın qarşısında mənim narkozdan ayılmağımı gözləyib. Onun qanı birinci qrupdu, mənimki də. Elə bildim ki, Rafiq Tağı aritimiya üçün mənə yenə dərman göndərib.
Kövrəldim…

326 baxılıb
Shares
mersin escort