Baş prokuror Qənizadənin oğluna vəzifə verdi

Prokurorluq orqanlarında yeni kadr təyinatları olub.

Müstəqil.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kənan Əliyev Nəsimi rayonunun prokuror müavini vəzifəsinə təyin edilib.

Baş prokurorun digər imzaladığı müvafiq əmrlə Vüqar Hüseynova Suraxanı rayon prokurorunun müavini vəzifəsi həvalə edilib.

***

Baş prokurorun digər əmri ilə Elgiz Qənizadə Nərimanov rayon prokurunun müavini təyin edilib.

E.Qənizadə sabiq millət vəkili Çingiz Qənizadənin oğludur.

Müstəqil.Az

Share: