Raketlərimiz var, İrəvanı vuracağıq” – Elxan Şahinoğlu

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Ermənistanın Azərbaycana qarşı absurd təhdidlər haqqında kitab yazılsa, buna nə qələmin mürəkkəbi, nə də yazan adamın ömrü yetər. Bu gün ermənilərin sadəcə bir xülyası var. Hər zaman ağız dolusu ilə Rusiyadan aldıqları “İskəndər” rakteləri ilə Mingəçevir Su Elektrik Stansiyasını (SES) vuracaqlarını deyiblər. Beləliklə Azərbaycanın yarısının su altında qalacağını bildiriblər.

Məlumdur ki, Mingəçevir Su Elektrik Stansiyası Cənubi Qafqazda ən böyük strateji obyektdir. Ermənisatan Mingəçevir Su Elektrik Stansiyasını 280 km mənzili olan “İskəndər-E” raketi ilə vurub dağıdacağını deyərək ölkəmizi təhdid edir. Ermənilər öz vətəndaşlarını aldadaraq əmin edirləri ki, Azərbaycan genişmiqyaslı müharibəyə başlasa, Su Elektrik Stansiyasını partladaraq cəbhəyə aparan yollar, kəndlər və qəsəbələr su altında qalaraq külli-miqdarda insan ölümünə, faciəyə səbəb olacaq.

Sualımızı cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a açıqlamasında vurğulayıb ki, ermənilər ölkəmizi Mingəçevir SES-lə əvvəllər də hədələyib. Analitik qeyd edib ki, bu təhdidlərin heç bir əsası yoxdur: “Guya Mingəçevir SES-ni vura və Azərbaycanda böyük fəlakətə yol aça bilərlər. Əlbəttə, Mingəçevir Su Elektrik Stansiyası Azərbaycanın ən vacib strateji obyektlərindən biridir. Amma ermənilər anlamalıdır ki, belə bir təxribata əl atsalar, cavabımız on qat pis olacaq. Başda İrəvan olmaqla Ermənistanın bütün şəhərlərini uzaq mənzilli raketlərlə vuracağıq. O zaman səslərini kəsərlər. Çünki bir dəfə də erməni generalı belə bir açıqlama vermişdi. Cavab olaraq dedik ki, qarşılığında İrəvanı vuracağıq. Ondan sonra səssizliyə qərq oldular. Əlimizdə raketlər var”.

Politolqun qənaətincə, ermənilər guya belə açıqlama verməklə qabaqlayıcı addımlar atırlar ki, Azərbaycan heç bir fəaliyyət göstərməsin: “Amma Azərbaycan Dağlıq Qarabağ və ətraf torpaqları azad etməyə çalışacaq. Ermənistan bu prosesə qarışarsa, birbaşa sərhəd pozuntularını həyata keçirərsə, əlbəttə, bu iki dövlət arasında müharibəyə yol açacaq. O zaman strateji obyektlərimizi daha ciddi qorumalıyıq. Bəli, Su Elektrik Stansiyasına hücum edə bilərlər. Amma bizim də hədəfimizdə onlarla Ermənistan ərazisinin hərbi və mülki obyektləri olacaq”.

198 baxılıb
Paylaş
mersin escort