Koronavirusa yoluxan deputat evə buraxıldı

Milli Məclisin koronavirusa yoluxan deputatı Sahib Alıyev müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Oxu.Azın xəbərinə görə, deputat iki həftə ev şəraitində karantində qalacaq.

Qeyd edək ki, S.Alıyev iyunun 20-də koronavirusa yoluxduğunu bildirmişdi.

Bundan sonra S.Alıyev “Yeni klinikaya” yerləşdirilmişdi.

S.Alıyevin koronavirusa yoluxmasından sonra Milli Məclisin bütün deputatları analiz vermişdilər.

Lakin onlardan heç birinin nəticəsi pozitiv çıxmamışdı.

 

Müstəqil.Az

Share: