46 ölkə uyğur türklərinə qarşı… – Müsəlman dövlətləri də var

BMT-nin İnsan Haqları Komitəsinin iclasında Belarus tərəfindən hazırlanan Çinin “Şərqi Türküstanda terror və separatçı qruplara” qarşı mübarizəsini dəstəkləyən məktubuna 46 dövlətin nümayəndəsi imza atıb.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, məktubda Çinin Sincan Uyğur Muxtar Bölgəsində apardığı fəaliyyət dəstəklənir.

İşin biabırçı tərəfi odur ki, Çinin uyğur türklərinin başına açdığı oyunu İran da daxil olmaqla, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirliyi, Fələstin və Pakistan kimi müsəlman dövlətləri də dəstəkləyib.

“Pekin Sincan bölgəsində terrorizm və separatçılıqla mübarizə aparmaq üçün gördüyü tədbirləri, eləcə də bölgədə insan haqlarını təminat altına almasını təqdir edirik. Sincanda son 3,6 ildə heç bir terror hadisəsi baş vernəyib və region yenidən sabitlik və asayişə qovuşub”,- Belarus tərəfindən hazırlanan məktubda qeyd edilir.

Rəsmi Pekinin “açıq və şəffaf” şəkildə minə yaxın diplomatı, beynəlxalq qurum nümayəndələrini və digər mütəxəssisləri Sincana dəvət etdiyini xatırladan Belarus təmsilçisi əlavə edib ki, bölgədə əldə edilən böyük uğurları hər kəs gözü ilə görüb.

 

 

Məktubda 46 dövlətin nümayəndəsi Çinə əsassız ittihamların irəli sürülməsinin dayandırılmasına dair çağırış edib.

Share: