Meyvələrin içindən iynə çıxır – FOTO/VİDEO

Avstraliya sakinləri yenidən meyvə almaqdan qorxmağa başlayıblar. Meyvələrin içindən iynə və kəskin uclu metal düymələrin çıxması ilə bağlı artıq bir neçə hadisə məlumdur.

Müstəqil.Az Publika.az-a istinadla xəbər veirr ki, bu barədə 360 TV xəbər yayıb.

Polis məsələ ilə bağlı araşdırmalara başlayıb.

“Metal iynələr çiyələk və avokado bağlamalarında, dəftərxana düymələri isə çörəyin içindən çıxıb”, – deyə, polis idarəsindən bildirilib.

Asayiş keşikçiləri yad cisimlərin qidaların içinə qəsdən qoyulduğunu hesab edirlər.

Qeyd edək ki, avstraliyalılar belə halla ilk dəfə rastlaşmırlar. 2018-ci ildə çiyələk fermasının 50 yaşlı əməkdaşı müdirindən intiqam almaq üçün belə bir üsula atmışdı.

2019-cu ildə isə həmin qadının bu hərəkətindən ilhamlanan başqa bir sakin paltartikən maşının iynələrini üzüm gilələrinə sancmışdı.

Həmin şəxslərin hər ikisi saxlanılıb.

Share: