Vaxtı itirmək olmaz – Millət Vəkili

Havalar istiləşdikcə Neftçalada içməli su məsələsi daha çiddi problemə çevrilir. Kürün Xəzərə tökülən yerində üzən qurğular işləyir, delta dərinləşdirilir, buna baxmayaraq şor su Kür boyu qalxmaqda davam edir və artıq Surra kəndinə çatmışdır. Deməli, bu işdə bir yanlışlıq var.

 

Müstəqil.az bildirir ki, bu sözləri xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlı özünün sosial şəbəkədəki divarında qeyd edib.

Millət vəkili əlavə edir ki, deltada cənub istiqamətli Bala Kürü bağlamaq düzgün olmayıb. Balıq mafiyasına görə çayın təbii istiqamətini dəyişmək olmazdı. Bunu yerli adamlar deyir. Kürü tanıyan, təcrübəli adamlar…

Mən də ötən yazımda buna işarə vürmuşdum. Doğrudur, yalandır? Qoy təcili komissiya yaradılsın, mütəxəssislər və yerli adamlar müzakirə eləsinlər, bir çıxış yolu tapılsın. Verilən təklif böyük xərc tələb eləmir…İndiki halda görülən işlər fəlakətin qarşısını almır, vəziyyəti daha da ağırlaşdırır…

Sabir Rüstəmxanlı daha sonra əlavə edir ki, o ki qaldı Neftçalaya çəkilən su kəmərinə, burda qərar birmənalı olmalıdır. Bu, Aralıq dənizi sahilinə neft, qaz kəmərləri çəkən ölkə üçün su içimi kimi bir işdir. Yay uzunu 80 min əhalini maşınla, ovuc-ovuc paylanan suyla təmin etmək olmaz. 40 km -lik kəmər nədir ki?! Tlkinti təşkilatları cəlb edilsə, gecə- gündüz iş getsə on günə bitirmək olar…Gərək hökumətimiz Neftçalada vəziyyətin ciddiliyinə ciddi yanaşsın. Payızı gözləmək olmaz!

Tural Balabəyli

Share: