Şirvanda sərxoş kişi binadan yıxılıb

Şirvanda sərxoş şəxs 4-cü mərtəbədən yıxılıb.

Məlumatına görə, hadisə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, bina 17-də baş verib.

Sərxoş vəziyyətdə olan Şirvan sakini, 1980-ci il təvəllüdlü Məmmədov Rüstəm Eldar oğlu 4-cü mərtəbədən yıxılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Tural Balabəyli

 

Share: