“İşsizliklə bağlı müraciət edən şəxslər ictimai iş yerləri ilə təmin edə bilər”

“Birinci dəfə işsizlər və karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlar üçün birdəfəlik ödəmə (190 manat) ala bilməyən vətəndaşlar nazirliyə müraciət edə bilərlər”.

Məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev AzTV-nin efrində bildirib.

Onun sözlərinə görə, müraciət edən şəxslər ictimai iş yeləri ilə təmin edə bilər: “Burada minimum əməkhaqqı 250 manat təşkil edir. Həmin vətəndaşlar əmək müqaviləsi ilə işləyəcəklər. Onların sosial və işsizlik sığortası ödənilir, pensiya təminatı yaranır. Bu iş axtaran şəxslərimizə təklif edilən bir istiqamətdir”.

Nazir qeyd edib ki, 190 manat ödəmə şəffaf şəkildə həyata keçirilib: “İki ayda 600 min insanın hər birinin adı, soyadı nazirliyin internet səhifəsində yerləşdirilib. Sosial şəbəkə istifadəçiləri aktiv şəkildə o siyahını araşdırdı, sualları da cavablandırdıq. 190 manat üçün müraciət və ödənişin edilməsində vətəndaş – məmur ünsiyyəti olmayıb. Hər bir şey elektron şəkildə həyata keçirilib. İkinci ayın ödənişi isə vətəndaşlarımıza bank kartları ilə təqdim edildi. Sərt karantin elan olunan şəhər və rayonlarda olan insanlara 190 manatı bank kartlarına köçürüləcək”.

Share: