Vahid Əhmədovu Türkiyəyə müalicəyə apardılar

Milli Məclisin deputatı Vahid Əhmədovun səhhətində bir neçə gün bundan əvvəl problem yaranıb.

Deputat səhhətindəki problemlə bağlı Türkiyəyə aparılıb və bir neçə gündür ki, ürəyindən müalicə alır.

Hazırda isə Vahid Əhmədovun səhhətinin normal olduğu, yaxın günlərdə ölkəyə qayıdacağı bildirilir.

Tural Balabəyli

Share: